PDF Oxu

Siyasət

  • 3 811

BMT və ÜST - Bəşəriyyət hələ uzun müddət bəladan yaxa qurtara bilməyəcək AKTUAL+SOS!

BMT və ÜST - Bəşəriyyət hələ uzun müddət bəladan yaxa qurtara bilməyəcək AKTUAL+SOS!

OVİD-19 kabusu yeni ştammlarla insanlara qarşı hücuma keçib

Dünya ictimaiyyəti koronavirusun sürətli yayılmasının qarşısını almalıdır, belə ki, yeni ştamlar daha çox öldürücü təsirlərə malikdur. SİA xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniyu Quterriş koronanvirus səbəbindən dünyada ölüm hallarının 4 milyona çatması ilə bağlı fikirlərini açıqlayarkən bəyan edib.“Bu gün (çərşənbə günü) dünyada COVİD-19 pandemiyası çərçivəsində daha bir kədərli rekord vurulub. Bu virusdan artıq 4 milyon insan həlak olub”, BMT-nin baş katibinin sözlərini TASS agentliyi yazır.
Quterriş: Bu meşə yanğınına bənzəyər və milyonlarla insan təhlükə altında qala bilər
“Əgər virusun yayılmasına imkan verilərsə, bu meşə yanğınına bənzəyər və milyonlarla insan təhlükə altında qala bilər. O nə qədər çox yayılarsa, bir o qədər də ştammlar əmələ gələcək – daha yoluxucu, daha ölümcül və mövcud vaksinlərə qarşı daha effektiv”, deyə ümumdünya təşkilatının rəhbəri bildirib.O, vurğulayıb ki, koronavirus səbəbindən artan ölümlərin sayı planetdə hər üçüncü ölkə əhalisinin sayına təsir edib.Qeyd edək ki, çərşənbə günü Con Hopkins universitetinin hesablamasına görə koronavirusdan ölənlərin sayı dünyada 4 milyonu keçib. Dədiq rəqəm 4 000 269-dur. Yoluxma halı isə 185 milyon nəfərə çatıb.Koronavirusun yeni ştammları yüksgk yoluxdurma dərəcəsinə görə vaksinlərə qalib gəlir. Dünya Səhiyyə Təşkilatının rəhbəri, doktor Tedros Qebreyesus bu həyacanlı bəyanatla çıxış edib. O, yaranmış vəziyyətə görə “vaksin milliyətçiliyi” tətbiq edən ölkələri günahlandırıb.
Qabriyesus: Koronavirusun “delta” ştammı hazırda dünyada dominanta çevrilməkdədir
Bu arada onu da qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Qabreyesus bildirib ki, COVİD-19 virusunun variantları hazırda vaksinlərin istehsalında və paylanmasında hökm sürən qeyri-bərabərliyə görə vaksinlərlə yarışda qalib gəlir. Bu da eyni zamanda qlobal iqtisadi bərpanı təhdid edir. O, bu səbəbdən “vaksin millətçiliyi” strategiyasını tənqid edib və bildirib ki, bunun nəticəsi olaraq bir qrup ölkə koronavirusa qarşı pereparatların böyük hissəsinə malikdir.
ÜST rəhbəri bir sıra dövlətlərin karantin tədbirlərini vaxtından əvvəl yumşaltdığını narahatlıqla qeyd edib və bildirib ki, COVİD-19 pandemiyası hələ başa çatmayıb və bir sıra ölkələrdə xəstəliyin kəskin artımı müşahidə olunur. Onun sözlərinə görə, Hindistanda, Afrikada, Latın Amerikasında oksigen və tibbi avadanlıqlar çatışmır.Onu da xatırladaq ki, koronavirusun “delta” ştammı hazırda dünyada dominanta çevrilməkdədir. Virusun bu variantı ilkin variantından iki dəfə çox yoluxdurucudur və vaksinlərə qarşı davamlıdır. Belə ki, ən güclü vaksinlərin belə “delta” variantına qarşı qoruyuculuğu sürətlə aşağı düşməkdədir. Bu amil isə artıq dünyada kəskin təlaş yaratmağa başlayıb və belə davam edərsə, bəşəriyyətin hələ uzun müddət bu bəladan yaxa qurtara bilməməsi ehtimalı daha çox artacaq.

sia.az

Digər xəbərlər