“Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir. Oxçuçayın çirklənməsinin səbəbi Qafan rayonunda mis molibden zavodunun tullantılarıdır. Ermənistan uzun illərdi ki, bu siyasəti davam etdirir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Politoloqun sözlərinə görə, Almaniya kimi Qərbin demokratik bir ölkəsinin Ermənistanla birgə Oxçuçayın çirkləndirilməsini Azərbaycan beynəlxalq müstəviyə qaldırmalı, Almaniya və Ermənistandan təzminat tələb etməlidir: “Həmçinin belə bir kombinatın çirkli suyunun Oxçuçaya tökülməsinin qarşısı alınmalıdır. Almaniya tərəfinin bu məsələyə ciddi şəkildə münasibət bildirməməsi onu göstərir ki, Almaniya bir dövlət kimi ekoloji terroru dəstəkləyir”.M.Əsədullazadə düşünür ki, rəsmi Bakı bu istiqamətdə Almaniyaya nota verməlidir: “Bu ekoloji fəlakətdir və birbaşa Araz çayının çirkləndirilməsidir. Ona görə də səfirlik və yaşıllar partiyasının buna etinasız yanaşmasına qarşı Azərbaycan hərəkətə keçməlidir və bu məsələyə son qoymalıdır. Oxçuçayın çirkləndirilməsi ekoloji terrordur və Ermənistan, Almaniya bu işdə Azərbaycana qarşıdır”.
sia.az