İlham Əliyev: “Bu, həmin tarixi torpaqlardır ki, Zəngəzur dəhlizi də həmin torpaqlardan keçəcək”
Prezident İlham Əliyevin sərəncamı əsasında Azərbaycan Respublikasının yeni iqtisadi rayonlara bölünməsi ölkəmizin həyatında yeni tarixi hadisə kimi həkk olundu. Bu, eyni zamanda, müharibədən sonra işğaldan azad edilmiş ərazilərimizə yeni nəfəs verən bir reallıq kimi də qiymətləndirilir.Beləliklə, Prezidentin sərəncamı iki mühüm amilləri ilə diqqət çəkir. Bu, ilk növbədə vahid Qarabağ iqtisadi rayonunun yaradılmasıdır ki, Azərbaycanın nəhəng tarixi regionunda “dağlıq” ifadəsini kənarlaşdırır. Bundan əlavə, Şərqi-Zəngəzur iqtisadi rayonuna isə beş işğaldan azad edilmiş rayonlarımız daxil olur – Cəbrayıl, Kəlbəcər, Qubadlı və Zəngilan.
Ermənistan hələ də ətraf dünyaya şəxsi ərazi iddiaları gözündə baxır, eyni zamanda, ümumi sülhün bərqərar olmasına maneələr törədir
Bu minvalla, üzərindən 100 il keçəndən sonra Zəngəzur yenidən rəsmi qaydada Azərbaycan dövlətinin inzibati və iqtisadi, eləcə də siyasi həyatına geri dönür.Bu arada, İlham Əliyevin mart ayında Türk Şurasındakı çıxışı zamanı irəli sürdüyü bəyanatını da xatırlatmaq yerinə düşərdi. SİTAT: “Əgər biz xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər salıblar, türk dünyası parçalanıb. Zəngəzur Azərbaycanın qədim torpağıdır, bundan sonra türk dünyası üçün birləşdirici rol oynayacaq. Ona görə ki, Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya və infrastruktur layihələri bütün türk dünyasını birləşdirir, eləcə də Ermənistan da daxil olmaqla başqa ölkələr üçün də əlavə imkanlar yaradacaq”.Bununla yanaşı, məhz Ermənistan Zəngəzur dəhlizinin yaradılmasına əngəllər yaradır, halbuki həmin cəhdlər 44 günlük müharibəyə nöqtə qoymuş 10 noyabr 2020-ci ildə qəbul olunmuş üçtərəfli bəyanatı kobudcasına pozur. Bu ölkə hələ də ətraf dünyaya şəxsi ərazi iddiaları gözündə baxır, eyni zamanda ümumi sülhün bərqərar olmasına maneələr törədir. O cümlədən, bənzər yanaşma Ermənistanın özünün nə tarixi, nə də resurs imkanlarının gələcəyinə qarşı baryerlər qoyur ki, üçtərəfli bəyanatın icrasının gecikdirilməsi də həmin məsələləri yenidən gündəmə gətirir. Ermənistan əvvəllər olduğu kimi, bu dəfə də öznünütəcrid vəziyyətinə salır ki, bu regional təcriddən də məhz erməni xalqı əziyyət çəkib, bu gün də çəkməkdədir.
Məhz bu qərar bizim əsas milli prioritetlərimizdəndir və bunun üçün Azərbaycan dövlətinin bütün resursları hərəkətə keçirilib
Ancaq bütün bunlara baxmayaraq, qalib Bakı qarşısına hədəf qoyub və Zəngəzur dəhlizinin yaradılması istiqamətində qətiyyətli addımlarını atmaqda davam edir. Beləliklə, bu regionda nəninki iqtisadi imkanlar, həm də tarixi həqiqətlər bərpa olunmaq üzrədir.Şərqi-Zəngəzur iqtisadi rayonunun yaradılması və tarixi zərurəti Prezident İlham Əliyevin bu ilin aprel ayında Zəngilanın Mincivan kəndinə etdiyi səfəri zamanı da ifadə edilib. SİTAT: “Zəngilan coğrafi olaraq Şərqi Zəngəzur regionuna aiddir və Şərqi Zəngəzurda yerləşir – bu, həmin tarixi torpaqlardır ki, Zəngəzur dəhlizi də həmin torpaqlardan keçəcək”.Beləliklə, Azərbaycanın Şəqri-Zəngəzur iqtisadi rayonunun yaradılması həm işğaldan azad edilmiş torpaqlarımızın bərpası istiqamətindəki qətiyyəti sübut edir, həm də Zəngəzurun qərb hissəsini – Azərbaycan Respublikasının Naxçıvanla əlaqəsini təmin edir. Məhz bu qərar bizim əsas milli prioritetlərimizdəndir və bunun üçün Azərbaycan dövlətinin bütün resursları hərəkətə keçirilib.
sia.az