“Ermənistan heç bir zaman beynəlxalq hüquqa əməl etməyib. Ən ağır cinayətləri, işğal, soyqırım, seperatizm, terrorizmi beynəlxalq hüquqda qadağan edilmiş silahlar ilə həyata keçirib”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.Onun sözlərinə görə, bunlar beynəlxalq hüququn ən ağır cinayətləridir: “BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyib, ATƏT-in qərarlarını icra etməyib. Amma Azərbaycan tərəfi Ermənistanı məcbur etdi ki, bu qətnamələri həyata keçirsin. Beynəlxalq hüquqla öz sərhədləri daxilində və sərhədləri ərazisində qanunsuz silahlı birləşmələrə və terrorçu dəstələri məhv Azərbaycanın tam haqqıdır. Qarabağda keçirilən əməliyyatlar həmçinin anti-terror əməliyyatları idi".Emin Həsənli həmçinin qeyd edib ki, Ermənistan terrorçu, işğalçı, soyqırım həyata keçirən bir dövlətdir: “Ermənistana dəfələrlə digər dövlətlərlə əməkdaşlıq etmək şans verilib. Azərbaycan, Türkiyə, Rusiya, İran və Gürcüstanla əməkdaşlıq etməsi, bölgədə dövlətlərlə normal münasibət qurması, Azərbaycandan üzr istəyib və təzminatını ödəməsi üçün Ermənistana dəfələrlə şans verilib. Bu şansı həm Azərbaycan Prezidenti cənab İlham Əliyev, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da verib. Ermənistanın onsuz da həm iqtisadiyyatı, həm də ordusu ağır bir zərbə alıb. Əgər Ermənistan xəstə təxəyüllərini davam etdirsə, bu dəfə Ermənistan üçün daha ağır nəticələr olacaq”.
sia.az