PDF Oxu

Siyasət

  • 5 907

Erməni terroru və onun acı nəticələri - TƏHLİL

Erməni terroru və onun acı nəticələri - TƏHLİL

XVIII əsrin II yarısında Azəraycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən, Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Bu məqsədlərə qismən də olsa nail olundu. Ammaa Rusiyanın Azərbaycan ərazisinə hərbi müdaxiləsi Qacarların planlarını yarımçıq qoydu.Fürsətdən yararlanan ermənilər isə ruslara qul xisləti göstərməklə arzularında olduqları “böyük Ermənistan” iddialarını reallaşdırmağa çalışdılar. Ermənilərin "böyük Ermənistan" yaratmaq kimi şovinist, həm də düşüncəsiz ideyasına proqram şəklində və təşkilati proseslər həyata keçirməklə nail olmağı planlaşdırmışlar. Məhz buna görə 1887-ci ildə Cenevrədə "Qnçaq" təşkilatı 1890-cı ildə isə Tbilisidə "Daşnaksütyun" partiyasını yaratmışlar. Eləcə də 1895-ci ildə isə Nyu-York şəhərində "Erməni Vətənpərvərlər İttifaqı"nı və "ASALA" erməni terror təşkilatlarını yaratmışlar. Demək olar ki, bu cür ağılsız ideyanın davamı olaraq Bakı, Gəncə, Naxçıvan və Dağlıq Qarabağda erməni təşkilatının ideoloji-siyasi ideyalarının təbliği üçün rezidentura yaratmışlar. Tarixmizin mühüm bir hissəsini də ermənilərin Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı işğal edərək “böyük Ermənistan” iddialarını genişləndirmək arzuları təşkil edir. İlk dəfə ermənilər Qarabağ məsələsini 1967-ci ildə qaldırmağa çalışsalar da, o zaman çirkin niyyətlərini reallaşdıra bilməmişlər. Hətta Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək xülyası ilə 45 min erməni imzasını rəsrni Moskvaya təqdim etmişlər. Amma rəsmi Moskva Dağlıq Qarabağın Azərbaycandan zorla qopardılaraq Ermənistana verilməsi ilə Azərbaycan xalqının milli müstəqillik mübarizəsinin baş qaldıra biləcəyindən qorxaraq ermənilərə öz yerlərini göstərmişdir.Digər tərəfdən Kreml ermənilərin iddialarına dəstək verməklə SSRİ məkanında olan müxtar respublikaların və vilayətlərin də müstəqilliyə can ata biləcəklərindən narahatlıq keçirmişdir. Məhz bu və digər amillər ermənilərin Dağlıq Qarabağa iddialarının imperiya tərəfindən reallaşmasını puça çıxarmışdır. Amma sonrakı mərhələlərdə, xüsusilə də, 1987-ci ildə Mixail Qorbaçovun SSRİ məkanında yenidənqurma siyasəti ermənilərin yenidən Azərbaycan torpaqlarına göz dikməyə həvəsləndirmişdir. 0 zaman SSRİ iqtisadi sferasının başbilənlərindən olan M. Qorbaçovun köməkçiləri Aqanbekyan və Şahnazaryan ermənilərin separatçı planlarının baş tutmasına xüsusi dəstək verənlərdən olmuşlar. Sonralar sepatatçı meyillərin konkret proqram halına salınmasında SSRİ prokurorluğunun baş müstəntiqi Qdlyan, rəssam Tiqranyan, 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdikləri soyqırımında uşaq qatili olması ilə öyünən, “Ocaq” kitabının müəllifi Zori Balayan, Xankəndində keçirilən ilk mitinqlərin təşkilatçılarından olan Silva Kapitukyan və digərlərinin xüsusi rolu olmuşdur. Erməni ideoloqlarının yaratdıqları terrorçu təşkilatların əsas vəzifələri Osmanlı İmperiyası və İrandan qaçmış ermənilərin yaşadığı əraziləri birləşdirmək üçün bütün vasitələrdən, ən əsası isə qiyam və terror aktlarından geniş istifadə etmək olmuşdur."Qnçaq" partiyasının proqramı xüsusilə bu fikri ifadə edirdi: "Bütün şəraitlərdə türkləri və kürdləri məhv etmək və öz xalqının rifahına xəyanət etmiş ermənilərə aman verməyərək, onlardan qisas almaq". "Daşnaksütyun" nasist tipli partiya olub. Almaniya Nasist Partiyasının ideologiyası onlardan hələ 30 il əvvəl formalaşdmış və proqramları bu sözlərdən ibarət olmuşdur: “Azərbaycanlılara və türklərə rəhm edən erməni ən ağır cəzaya layiqdirlər. “Böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün terror və iğtişaşlardan istifadə etmək, lazım gəldikdə erməni qızlarını maddi cəhətdən imkanlı və vəzifəli azərbaycanlıların yatağına göndərməkdən abır, həya etməkdən çəkinməli”.

Erməni terror təşkilatlarının hədəfi insanlıqdır
Daşnaksütyun partiyasının məqsədi bunlardır: 1) Silahlı qiyam, 2) Yalnız ermənilər arasında yox, bütün xalqlar arasında inqilabi fikrin formalaşması üçün intensiv iş görmək, 3) Ermənilərin silahlanması və təşkilatlanması, 4) Hökumət adamlarına və idarələrinə qarşı terror və onların məhv edilməsi. "Bu məqsədə nail olmaq üçün hər şeyə icazə verilir; təbliğat, terror, azğın partizan müharibələri".Daşnaksütyun patiyasının fəaliyyətini ardıcıllıqla izləyən gürcü yazıçısı Karibi 1919-cu ildə ağrı hissilə yazırdı: "Daşnaklar gələrkən özləri ilə milli nifrət toxumu gətirdilər. Belə bir toxumlar səpilmiş torpaq üzərində erməni - müsəlman qan davası, erməni və gürcü müharibəsindən başqa bir şey bitə biiməzdi".Bu, elə bir təşkilat idi ki, Rusiya imperiyasının hakim dairələri ilə birlikdə Qafqazda inqilabi və milli azadlıq hərəkatını boğmağa çalışmışdı... Bunun nəticəsi olaraq 1905-ci ildə ilk erməni - azərbaycanlı qarşıdurması baş vermişdir. 1907 və 1912-ci illər ərzində Osmanlı İmperiyası ərazilərindən və irandan təqribən yarım milyon erməni Qars, İrəvan və Yelizavetpol qəzalarına köçürüldü. Bölgədə etnik qarşıdurmaları alovlandıraraq hegemonluğu əlinə almaq məqsədi güdən Rusiya hökuməti əhalinin bu axınına susaraq, dəstək verdi. Ermənilərin Azərbaycan ərazilərinə köçürmələrinə baxmayaraq, azərbaycanlılar bu ərazilərdə sayca ermənilərdən üstünlük təşkil etmişdilər. Məsələn, 1886-ci ildə Gəncə quberniyasının Zərgəzur qəzasında ki, 326 kənddən yalnız 81-i erməni kəndi olmuşdur. irəvan qəzasında 66 faizi azərbaycanlılardan, cəmi 34 faizi ermənilərdən ibarət olmuşdur. Bu ermənilərin çoxluq təşkil etməsi məqsədi ilə azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keşirilməsinə həvəsləndirmişdir. Bu qəliamlarda ermənilər çar Rusiyasi tərəfindən gizli silahlandırılmışlar.İlk dəfə ermənilərin bugünkü Ermənistan ərazisinə gəlməsi 1475-ci ilə (XV əsr) təsadüf edir. Matendaranda saxlanılan kupçaya (mülkiyyət sahibliyini təsdiq edən sənəd) görə, 1431-ci ildə Ağqoyunlu padişahı Yaqubun nümayəndəsi Əmir Rüstəm Makulu Qriqoriyə 530 min Təbriz dinarına İrəvan xanlığının 7 kəndini - Vaqarşapat (Eçmiadzin-Üçkilsə), Aştarak, Batrinc, Noragavit, Aqunatun, Kirəcli və Muğni kəndlərini satdı. İrəvan türklərinin faciəsi də elə həmin tarixdən başlayır. Varlanmış haylar XIX əsrin əvvəllərində artıq 60 qədim Oğuz kəndini pulla alaraq erməniləşdirə bilmişdilər. Məhz indiki Ermənistan adlanan qondarma dövlət Rus İmperiyasının yardımı ilə həmin 60 türk kəndinin bazasında yaradılmışdır. Sonralar məskunlaşma siyasətini genişləndirən ermənilər tədricən Zəngəzur ərazisinə və İrəvanın ətrafına köç etməyə başlayıblar. O vaxta qədər nəinki Qarabağda, eləcə də, indiki Ermənistan ərazisində hər hansı bir erməni yaşayış məskəni olmamışdır. 1525-ci ildə Osmanlı İmperiyası Naxçıvanı və Dərələyəzi öz torpaqlarına qatandan sonra uçota alınma aparılıb. 9 kənddə cəmi 172 erməninin yaşadığı qeyd olunub. Min illər boyu Azərbaycan dövlətlərinın tərkib hissəsi olmuş Naxçıvan diyarı XVI əsrin sonunda (1588-1603-cü illər) və XVIII əsrin əvvəllərində (1724-1735-ci illər) Osmanlı İmperiyasının tərkibinə keçmiş və burada osmanlı idarə sistemi tətbiq edilmişdir. İki nüsxə hazırlanan "müfəssəl dəftər" qanuni qüvvəyə mindikdən sonra, bir qayda olaraq, onun üzərinə hakimiyyətdə olan sultanın tuğrası çəkilir, tuğradan aşağıda isə “müfəssəl dəftər"in hansı tarixdən qüvvəyə minməsini göstərən “buyuruldu"nun mətni yazılırdı. Bəzi “müfəssəl dəftər”ə tuğra çəkilməyib. Bunun yerinə “Ya fəttah” yazılırdı. Misal üçün, 1727-ci il tarixli “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” “Ya fəttah” müraciəti ilə başlayır.” Lakin həm tuğranın çəkildiyi, həm də “Ya fəttah" müraciətinin eyni vaxtda yazıldığı dəftərlər də vardır. Bilavasitə, Naxçıvan sancağı ilə bağlı osmanlılar bir “müfəssəl dəftər” tərtib etmişdilər. 1727-ci il tarixli bu dəftər 302 səhifədir. Dəftərin bəzi səhifələri (81, 95) boşdur. Qanunnaməsi yoxdur. Xətti-siyaqət və qırma siyaqətdir. Üzərındə o dövrün sultanı III Əhmədin (1703-1730) ugrası (Əhməd şah ibn Məhməd xan əl-Müə ər aima ) çəkilmişdir. Azərbaycanın digər əyalət və sancaqlarının dəftərləri kimi, Naxçıvan sancağının bu “müfəssəl dəftəri”də iki nüsxə tərtib olunmuş, lakin onun, hələlik, bir nüsxəsi məlumdur.
Müfəssəl dəftər”dəki bəzi qeydlər
Qeyd etdiyimiz "müfəssəl dəftər"lərə görə, XVI əsrin sonlarında Naxçıvan sancağı eyniadlı qəzadan və Ağcaqala, Məvaziyi-Xatun, MülkiArslanlı, Qarabağ, Dərəşam.Dərəşahbuz, Bazarçayı.Şərur, Zar, Zəbil, Əlincə, Sisyan, Azadciran, Ordubad, Şorlut və Dərənürgüt nahiyələrindən ibarət olmuşdur. XVIII əsrin 20-ci illərində isə osmanlılar Naxçıvan sancağı ərazisində Naxçıvan sancağı ilə yanaşı Ordubad sancağını da yaratmışdılar. 1724-1726-cı iliərdə mövcud olmuş və Naxçıvanın “müfəssəl dəftər’’inin tərtibinin başa çatma ərəfəsində Ordubad sancağının saxlanılması məqsədəuyğun hesab edilməmiş, onun əhatə etdiyi ərazi isə Naxçıvan sancağının tərkibinə qatılmışdır. Bundan əlavə, osmanlılar Naxçıvan sancağı üçün ayrıca bir “müfəssəl dəftər” tərtib edərkən Zar, Zəbil və Şərur nahiyələri Naxçıvan sancağınm tərkibindən çıxarılmış və İrəvan əyalətinə birləşdirilmişdir. Bununla bərabər, Ordubad, Bazaçayı və Ağcaqala nahiyələri ləğv olunmuş, Sair Məvazi, Qışlağat və Dərələyəz adlı yeni nahiyələr yaradılmışdır.Beləliklə, osmanlıların Naxçıvan sancağının ərazisi və inzibati bölgüsündə apardıqları dəyişikliklər nəticəsində bu diyarın inzibati bölgüsündə 9 nahiyə (Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, Mülki-Arslan, Məvaziyi-Xatun, Qarabağ, Qışlağat, Dərələyəz) qalmışdır. 1727-ci il tarixli “Naxçıvan sancağının müfəssəl dəftəri”nə görə məcburi köçlər bu dövrdə də olmuşdur, “Müfəssəl dəftər”dəki bəzi qeydlər hətta onun səbəbinin izahına belə yer vermişdir: bəzi kəndləri məzrəə kimi qeyd edən katiblər unun səbəbini o kənddə osmanlılardan əvvəl Qafqazda imperiyalar va ennmUarin Azarbaycan ərazilərina köçiirülnum yaşamış insanların qızılbaş (şiə) olduqları üçün kəndlərini tərk etdiklərini və bir daha geri dönməyəcəkləri ilə izah etmişdilər. Bu cür qeydlər Dərələyəz nahiyəsinin Şahyurdu, Ərdiş, Kərəkölük və Sallı kəndləri üçün edilmişdir.
NAXÇIVAN SANCAĞINA TABE OLAN DƏRƏLƏYƏZ NAHİYƏSİ
İstər ərazisi, istərsə də yaşayış məskənlərinin sayına görə, Dərələyəz nahiyəsi bu dövrdə Naxçıvan sancağının ən böyük ərazi inzibati vahidi olmuşdu. Burada 1727-ci iidə 99 kənd və 5 məzrə qeydə alınmışdı. Bunların da yalnız 68-i məskun olmuş, digərlərində isə bu dövrdə heç kim yaşamamışdır. XVI əsrin sonlarında əraziinzibati vahidi kimi mövcud olmamış Dərələyəz nahiyəsinə tabe olan 36 kənddə çox az sayda - cəmi 216 vergi mükəlləfiyyəti daşıyan erməni yaşamışdır. Bu kəndlərdən isə yalnız üçü - Bazarçayı və Zebil nahiyələrinə tabe olan Kələdək, Yengicə, Moz - mövcud olmuşdu (Bax: İrəvan əyalətinin müfəssəl dəftəri, N° 633, s. 156, 332). Digər 33 kənd isə, ehtimal ki, XVII! əsrin əvvəllərində yaranmış kəndlərdir. Ermənilərin bu kəndlərdə yerləşmələrinə gəldikdə, onu qeyd edə bilərik ki, adlarını çəkdiyimiz Kələdək, Yengicə və İvIəz kəndlərində XVI əsrin sonunda ermənilər yaşamamışdılar. Onlar buraya, həmin kəndlərin türk-müsəlman əhalisi öz yerlərini tərk etdikdən sonra məskunlaşmışdılar. Ermənilərin bu üç kəndə yerləşmə dövrünə gəldikdə isə, onların saylarının az olmasına əsaslanaraq, bu kəndlərə XVIII əsrin əvvəliərində yerləşdiyini deyə bilərik. Dərələyəz nahiyəsinin ermənilər yaşayan 33 kəndinin (Arpa, Amaqu, Civə, Aynazor, Haviç, Caqazur, Üstün, Hurevadin, Ayısəsi, Gələnçevir, Ərdepin, Ərdiş, Xors, Ortaköy, Züyrək, Keşiş Başköy, Kisək, Ərgez, Kükivans, Azadək, Zeytə, Hərhər, Kolanı, Qurd Əmir, Gümüşcük, Ərnic, Çul, Kömüır, Kabud, Qındevas, Horadüz) adlarından da göründüyü kimi, bir çoxları türk-müsəlman əhali tərəfindən salınmış və oniar buralardan köçdükdən sonra, ermənilər XVII əsrin sonları və yaxud XVIII əsrin əvvəllərində buralara yerləşmişdilər.
1. AXURA kəndi
2. HƏMZƏLİ KƏNDİ KƏRƏMPA MƏZRƏƏSİYLƏ. SÜBHAN KƏNDİ KOSALI KƏNDİ
3. HAVİC KƏNDİ
4. MORAVİK KƏNDİ
5. HEŞİN KƏNDİ
6. YAYCI KƏNDİ Qafqazda imperiyalar və ernmıiforin Azarbaycan ərazilərinə köçürülməsi
7. ÇAGAZUR KƏNDİ 8. XAÇİK KƏNDİ 9. KƏLƏDƏK KƏNDİ (2 qeyri-müsəlmanın siyahısı)
10. KƏNZƏK KƏNDİ
11. VEYSƏLLİ KƏNDİ
12. ƏYƏR KƏNDİ
13. DAKZİD KƏNDİ
14. ARPA KƏNDİ (17 qeyri-müsəlmanın siyahısı)
15. AMAĞU KƏNDİ (13 qeyri-müsəlmanın siyahısı)
16. ÇİVƏ KƏNDİ (5 qeyri-müsəlmanm siyahısı)
17. QIZILGÖZ KƏNDİ, BAŞQA ADI ŞƏKƏRBƏYLİDİR.
18. AYNAZOR KƏNDİ (22 qeyri-müsəlmanın siyahısı)
19. BAĞÇACIQ KƏNDİ
20. RİND KƏNDİ Kənddə heç kim yaşamır.
21. QOZLUCA KƏNDİ Kənddə heç kim yaşamır.
22. KƏRƏKOR KƏNDİ Kənddə heç kim yaşamır.
23. ÇANAQÇI KƏNDİ Kənddə heç kim yaşamır.
24. KEŞİŞVİRANI KƏNDİ Kənddə heç kim yaşamır.
25. URNUT KƏNDİ Kənddə heç kim yaşamır.
26. XINS KƏNDİ
27. CƏFƏRLİ KƏNDİ Kənddə heç kim yaşamır.
28. QAŞQA KƏNDİ Kənddə heç kim yaşamır.
29. ƏNKÜZİ KƏNDİ Kənddə heç kim yaşamır.
30. TELSİN KƏNDİ Kənddə heç kim yaşamır.
31. ÇAVUŞCUQ KƏNDİ Kənddə heç kim yaşamır.
32. ƏRDALAS KƏNDİ Kənddə heç kim yaşamır.
33. ƏYRİLİ KƏNDİ Kənddə heç kim yaşamır.
34. KÜNNÜD KƏNDİ Kənddə heç kim yaşamır.
35. ABANA KƏNDİ XUBİK MƏZRƏƏSİYLƏ
36. VARTANES KƏNDİ
37. VAHSNİ KƏNDİ
38. AĞCAVƏNK KƏNDİ Kənddə heç kim yaşamır.
39. TƏRƏTÜM KƏNDİ Kənddə heç kim yaşamır.
40. AĞKİLSƏ KƏNDİ Kənddə heç kim yaşarnır.
41. QIZQALASI KƏNDİ Kənddə heç kim yaşamır.
42. QUTYOL KƏNDİ
43. SƏDƏRƏK QIŞLASI MƏZRƏƏSİ Bu məzrəə əvvəllər kənd imiş. Əhalisi əkinçiliklə məşğul olub, xoş həyat sürürmüş. Amma qarışıqlıq vaxtı qaçıb getdikləri üçün kənddə bir kimsə qalmamış və ona görə də məzrəə olaraq qeydə alınmışdır
44. MEYDAN KƏNDİ, BAŞQA ADI ƏLİ QIŞLAĞIDIR.
45. ƏLƏYƏZ KƏNDİ (8 qeyri-müsəlmanın siyahısı) ÜSTÜN KƏNDİ (7 qeyri-müsəlmanın siyahısı) Başqa adı Daşagirən olan Üstün kəndi yaxınlığındakı Anabad (?) vəngi.
46. MƏNDƏRVANIS MƏZRƏƏSİ Bu məzrəə əvvəllər kənd imiş.
47. DİBİ MƏZRƏƏSİ Bu məzrəə əvvəllər kənd imiş. Əcəm (Səfəvilər) dövründə xarabalığa döndüyü və kənddə insan yaşamadığı üçün məzrəə olaraq qeydə alınmışdır.
48. QARAQAYA MƏZRƏƏSİ
49. HUREVADİK KƏNDİ (6 qeyri-müsəlmanın siyahısı)
50. AYISƏSİ KƏNDİ (2 qeyri-müsəlmanın siyahısı)
51. GƏLƏNÇEVİR KƏNDİ (2 qeyri-müsəlmanın siyahısı)
52. ƏRDƏPİN KƏNDİ (2 qeyri-müsəlmanın siyahısı)
53. ŞAHYURDU MƏZRƏƏSİ Əvvəllər kənd imiş.
54. [ŞAHYURDU] MƏZRƏƏSİNDƏ AUNAN RAHDARLIQ BACI - İLDƏ
55. ƏRDİŞ KƏNDİ (3 qeyri-müsəlmanın siyahısı)
56. KƏRƏKƏLÜK MƏZRƏƏSİ Bu məzrəə əvvəllər kənd imiş.
57. SALLI MƏZRƏƏSİ Bu məzrəə əvvəllər kənd imiş.[Kəndin] əhalisi qızılbaş (şiə) olduğu üçün qaçıb getmişdi.
58. XORS KƏNDİ (6 qeyri-müsəlmanın siyahısı)
59. ORTAKÖY KƏNDİ (6 qeyri-müsəlmanın siyahısı)
60. ZÜYRƏK KƏNDİ (2 qeyri-müsəlmanın siyahısı)
61. KEŞİŞ KƏNDİ (2 qeyri-müsəlmanın siyahısı)
62. BAŞKÖY KƏNDİ Kənddə yaşayan qeyri-müsəlmanlar (20 qeyri-müsəlmanın siyahısı)
63. KİSƏK KƏNDİ (3 qeyri-müsəlmanın siyahısı)
64. YENGİCƏ KƏNDİ (2 qeyri-müsəlmanın siyahısı)
65. VARTANOL KƏNDİ Kənddə heç kim yaşamır. —56 Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi
66. MORZAV KƏNDİ
67. ƏRGƏZ KƏNDİ (4 qeyri-müsəlmanın siyahısı)
68. MƏLİKŞAH KƏNDİ
69. OLAN KÜKİVANS KƏNDİ (3 qeyri-müsəlmanın siyahısı).
70. MOZ KƏNDİ
71. ÇAĞATAY KƏNDİ
72. EYNİ ADLIİKİ DƏDƏLİ KƏNDİ Kəndlərdə heç kim yaşamır.
73. AMAĞU KƏNDİ Kənddə heç kim yaşamır.
74. PUŞADİZ KƏNDİ, BAŞQA ADI DAYLAQLIDIR.
76. ƏXİLİ KƏNDİ
77. ZEYTƏ KƏNDİ (3 qeyri-müsəlmanın siyahısı)
78. SOYULAN KƏNDİ
79. HƏRHƏR KƏNDİ
80. KOLANI KƏNDİ (2 qeyri-müsəlmanın siyahısı)
81. QOÇUBƏY KƏNDİ
82. TODUN KƏNDİ Kənddə heç kim yaşamır.
83. BİRƏK KƏNDİ Kənddə heç kim yaşamır.
84. QALABƏYİ KƏNDİ Kənddə heç kim yaşamır.
85. PİRHƏSƏNLİ KƏNDİ Kənddə heç kim yaşamır.
86. SALCI KƏNDİ Kənddə heç kim yaşamır.
87. QURD ƏMİR KƏNDİ (1 qeyri-müsəlman)
88. GÜMÜŞCÜK KƏNDİ (2 qeyri-müsəlmanın siyahısı)
89. POR KƏNDİ
90. ƏRNİC KƏNDİ (2 qeyri-müsəlmanın siyahısı)
91. ÇUL KƏNDİ (3 qeyri-müsəlmanın siyahısı)
92. PAŞALI KƏNDİ
93. KÖMÜR KƏNDİ (4 qeyri-müsəlmanın siyahısı)
94. KABUD KƏNDİ (2 qeyri-müsəlmanın siyahısı)
95. AXTA KƏNDİ
96. QINDEVAS KƏNDİ (2 qeyri-müsəlmanın siyahısı)
97. QAYALI KƏNDİ 98. MARTİROS KƏNDİ
99. BİRƏK KƏNDİ Cəmi: 102 kənd 31 kənddə heç kim yaşamır.
Ermənilərin günahsız insanları qətlə yetirməsi
Ermənilərin kənd və kiçik qəsəbələrdə qətlə yetirdikləri əhalinin siyahisi 1. Amooğiu karyesi 300 2.000 2. Haviş karyesi 70 250 " 3. Ardeş karyesi 70 500" 4. Kurbankesen kanyesi 80 250" 5. Gürcülü karyesi 40 300" 6. Demirciler karyesi 40 300" 7. Kömürlü karyesi 60 400" 8. Kabut karyesi 40 250 Haziran sene 1335 9. Derekent karyesi 50 300" 10. Çul karyesi 2.500 7.000 ’ 11. Meredüz karyesi 70 400" 12. Köş karyesi 1.000 4.000 ' 13. Kaysırı karyesi 35 200 " 14. Leylikaçan karyesi 80 400 " 15. Gümüşhan karyesi 100 600 " 16. Kendidas karyesi 90 450 " 17. Tarab karyesi 70 285" 18. Türab karyesi 90 500 19. Çıraklı karyesi 30 200 " 20. Arınc karyesi 70 350" 21. Çaykent karyesi 100 600" 22. Kayalı karyesi 80 400" 23. Ümmürzakışlak karyesi 30 250" 24. Zeydencabacumah 60 200 25. Horhor karyesi 200 1.500 " 59 26. Güdenli karyesi 300 2.500 " 27. Kindere karyesi 250 2.000 " 28. Başahtuznadar karyesi 40 250 " 29. Navl [Novlu] karyesi 60 300 " 30. Ergez karyesi 400 3.000 " 31. Karavenk karyesi 70 400 " 32. Zeyrek karyesi 90 2.000 33. İssisu karyesi 50 250 " 34. Ceranlı karyesi 30 180 " 35. Cani karyesi 100 1.500 " 36. Kabanlı karyesi 100 2.000 " 37. Kotuhvenk karyesi 70 1.000 38. Keidüz karyesi 100 2.500 " 39. Karakaya karyesi 70 1.000 " 40. Kavşuk karyesi 50 500 " 41. Kalayer karyesi 70 550 " 42. Günayvenk karyesi 30 200 " 43. Alayaz karyesi 250 3.000 " 44. Akkent karyesi 70 300 " 45. Yukarıakkent karyesi 90 900 " 46. Hurbadık karyesi 90 950 " 47. Hurdis karyesi 1.500 6.000 " Yekun: 7.185 50.455 1605-ci ildən başlayaraq ermənilər tədricən Azərbaycan ərazilərinə girmək üçün fəaliyyətə keçirlər.XVII əsrin əvvəllərində Səfəvi şahı II Təhmasibin yanında Zaxar adlı erməni işləmişQafqazda imperiyalar va ernwnibrin Azərbaycan ərazilərinə köçürülməsi dir. Həmin Zaxarın imkanları hesabına erməniiər Rusiyaya meyil etməyə başlayıblar. Məhz Zaxar gizli formada ermənilərin Rusiya ilə əlaqələr qurmasına nail olub. Hətta Rusiyaya daha yaxın olmaq üçün Osmanlı imperatorunun kürsüsünü, tacını və qamçısını oğurlayaraq 1-ci Pyotrun atasına bağışlayıblar. Hazırda həmin kürsü Moskvada almaz fondunda saxlanılır. Dünyada ən dəyərli kürsülərdən hesab olunur. Bu kürsü almaz və brilyantla bəzədilib. İstər o dövrün istərsə də, indiki beynəlxalq qanunlara görə, oğurluq əmlakı qəbul edən və ya alan oğru qədər məsuliyyət daşıyır. Ermənilərin Osmanlı sultanlığindan oğurlayaraq I Pyotura verdikləri qızıl kürsü bu mənada cinayət məsuliyyəti yaradır. Türkiyə hökuməti ən azı oğurluq əmlakının geri qaytarılması üçün beynəlxalq məhkəməyə müraciət etsə, bu gec də olsa h aqqın bərpası kimi dəyərləndirilə bilər.Eyni zamanda, dünya birliyinin bir daha ermənilərin özgəsinin əmlakına göz dikmək ənənəsinin tarixi kökləri olduğunu görmüş olarlar. Qeyd etmək lazımdır ki, ermənilərin oğurluq əmlakı Rusiya çarına vermələrindən sonra onlar üçün Qafqazda yaşıl işıq yandırılmışdır. 1-ci Pyotrun atası ilk dəfə olaraq ermənilərin bir xristian kimi himayə olunması haqqında fərman imzalayıb. Adıçəkilən fərman ermənilərin qorunması məsələsini gündəmə gətirir.

sia.az

Digər xəbərlər