PDF Oxu

Siyasət

  • 4 121

Paşinyan xəstə komandası ilə haraya qədər… - ŞƏRH

Paşinyan xəstə komandası ilə haraya qədər… - ŞƏRH

Siyasi təlxəyin fantaziyası tükənmir: Nikolun xilas üçün son cəhdləri...

Yenə də alınmadı. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın son cəhdi seçkidən sonra ilk xarici səfərini Rusiyaya edərək, prezident Putinlə görüşü oldu. Paşinyanın ilk xarici səfər kimi Rusiyanı seçməsi heç də Moskva ilə Yerevanın qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığı ilə bağlı deyil. Əslində, Paşinyan qələbəsinin Kreml tərəfindən tanınması üçün Rusiya paytaxtına yollanıb.Doğrudur, seçki Paşinyanın qələbəsilə başa çatsa da, yeni parlamentin legitimliyi “Putinin dostu” Robert Koçaryanın başçılıq etdiyi müxalif qüvvələrin səsvermənin nəticələrinə yanaşmasından çox asılıdır. Məhz bu səbəbdən, Paşinyan seçkidən sonra hələ heç hökuməti formalaşdırmamış - formalaşdıra bilməmiş!, - Putinin qəbuluna gəlib. Vladimir Putinin Paşinyanla görüşdə onu qələbə münasibətilə təbrik etməsi və ardınca ən əsası, "xalqın etimadını" qazanmaqdır. Ən maraqlı məqam isə Paşinyan "Azərbaycan" sözünü deməkdən qorxurdu.
Eduard Şarmazanov: “Moskvada "Azərbaycan" sözünü deməkdən qorxurdu”
Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiya səfəri erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Eks-prezident Serj Sarkisyanın “Respublika” partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spiker Eduard Şarmazanov məlum səfərlə bağlı bunları deyib: "Putinlə Paşinyan arasındakı görüşün videogörüntülərinə baxdım. Kapitulyator hətta "Qarabağın statusu" ifadəsini səsləndirəndə "Azərbaycan" sözünü deməkdən belə qorxurdu”.Qorxmalı idi də. Çünki nəinki 44 gün ərzində, son 18 ildə Azərbaycan Prezidenti İlham Əliyevin “Dəmir Yumruq” siyasətinin gücü qarşısında qorxmalıdır.Elə bu qorxudan Paşinyan Putinlə görüşündə Ermənistan-Azərbaycan sərhəddində “qeyri-sabit vəziyyətin hökm sürməsi” məsələsini dedi. Söhbət, təbii ki, bu yaxınlarda Qaragöl yaxınlığında baş vermiş məlum insidentdən gedir. Hazırda sabitlik olsa da, Yerevan anlayır ki, sərhədlərin qeyri-müəyyənliyi və Ermənistan ordusunun sərhədi qorumaq iqtidarında olmaması onlar üçün risklidir. Hətta bütün dünya ictimaiyyəti prosesə qarşı çıxmağa çalışsa da, sərhədlərin demarkasiya olunmaması səbəbindən ərazilərin kimə məxsusluğu və hansı tərəfin haqlı olduğunu müəyyən etmək alınmayacaq. Əslində sərhəddə baş verən proseslər Rusiyanın maraqlarına tam cavab verir. Moskva Yerevanın “öz xahişi ilə” Ermənistan sərhəddi boyunca, eyni zamanda, Zəngəzur dəhlizinə öz qüvvələrini yerləşdirməklə faktiki ölkəni Rusiyanın əyalətlərindən birinə çevirmək niyyətindədir.Yaranmış vəziyyət Yerevanı vadar edir ki, ya sərhədlərinin mühafizəsini tam olaraq Rusiyaya həvalə etsin, ya da, istənilən vaxt ərazisinin bir hissəsini itirmək riskilə barışsın. Görünən odur ki, “Dəmir Yumruq” qorxusu Paşinyanın ölkəsinin sərhəd mühafizəsini, əslində isə suverenliyini Moskvaya verməyə məcbur etdi.Çünki Ermənistan sərhəddə təxribatlara davam edərsə, daha da acınacaqlı vəziyyətə düşəcək. Ancaq Ermənistan bu gün bütün sahələrdə höküm sürən dərin böhrandan diqqəti yayındırmaq üçün yeni təxribatlara əl atır. Bu, eyni zamanda onu göstərir ki, Azərbaycan silahlı qüvvələri tərəfindən darmadağın edilən Ermənistan ordusunun qalıqları hələ də vahid komandanlıq altında birləşə bilməyib və ayrı-ayrı klanların əlində bir alətə çevrilib. Bu baxımdan, erməni xalqının diqqətini daxildəki acınacaqlı vəziyyətdən yayındırmaq üçün zaman-zaman təxribatlara əl atılır. Lakin bütün bunlar Ermənistana yaxşı heç nə vəd etmir, əksinə, Ermənistanı daha çətin duruma salır. Qüdrətli Azərbaycan Ordusu ərazilərimizi ən yüksək səviyyədə qoruyur. Ermənistanın belə təxribatlar törətməsi ölkənin acınacaqlı vəziyyətini daha da dərinləşdirəcək, çünki Ermənistan artıq uçurumun astanasındadır və bu cür təxribatlar törətməklə uçurumu daha da yaxınlaşdırır. Çünki "dəmir yumruq" yerindədir və daha da qüvvətlənib.
Qabil Hüseynli: “Paşinyan Moskvanın xoşuna gəlmək üçün...”
“Moskva səfərini əslində Nikol Paşinyanın manipulyasiyası da adlandırmaq olar. Paşinyan Rusiya ilə yaxınlıq nümayiş etdirmək, onlara sədaqətli olduğunu göstərmək istəyir. Bundan sonrakı siyasətini Rusiya ilə sıx əməkdaşlıq şəraitində aparacağını, Rusiyadan təlimatlar almaq həvəsində olduğunu nümayiş etdirməyə çalışır”. Bunu professor, politoloq Qabil Hüseynli Nikol Paşinyanın Moskva səfəri haqqında şərh edərkən deyib.Onun fikrincə, Paşinyan yeni erməni hökumətinin qurulması məsələsində də Kremlin fikirlərini əsas kimi götürəcəyini göstərib: “Yəni müdafiə, xarici işlər, milli təhlükəsizlik və digər mühüm dövlət postlarını Rusiya ilə razılaşdırır. Məncə, bütün bunlarla yanaşı Paşinyan həm də avtoritar siyasət aparacağını bəyan edir, Rusiya ilə əlaqələri gücləndirəcəyini elan etməklə Moskvanın xoşuna gəlməyə çalışır. Üstəlik Rusiyanın Zəngəzurda ikinci hərbi bazasını yaratdı. Orada tikinti işləri tədricən başa çatır, infrastruktur qurulur. Ermənistan faktiki rus qoşunları ilə doludur. Hesab edirəm ki, bu həm Türkiyə, həm də Azərbaycan tərəfindən diqqətə alınmalı məsələlərdir”.Professor qeyd edib ki, Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq daxil olmaqla bütün istiqamətlərdə yaxınlaşmaya qarşı Rusiya və Ermənistan narahatlıq duyur: “Gec-tez razılaşmalıdırlar ki, Türkiyə bölgədə oturub, onun atdığı addımlar həlledicidir. Buna gələcəkdə digərləri də qoşula bilər”.O zaman - işğalçı Ermənistan “Düz yola” gəl mesajına əməl etməlidir. Çünki nə qədər ki, Ermənistan təxribat və terror metodlarından əl çəkməyəcək, Azərbaycan ordusu tərəfindən ciddi itkiyə məruz qalacaq. Ancaq görüntü ondan ibarətdir ki, ermənilər ənənvi təxribat metodlarından əl çəkmək niyyətindən uzaqdırlar, çünki işğalçı Ermənistanın bu çirkin əməllərə əl atmaları bir daha təcavüzkar olduğunun göstəricisidir.

sia.az

Digər xəbərlər