YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Vətən Müharibəsi şəhidi mayor Əsgərov Rüfət Mürvət oğlunun ailəsini ziyarət ediblər. V.Seyidov təşkilat adından şəhidin 10 yaşı tamam olan qızı Zəhranı doğum günü münasibətilə təbrik edərək, ona hədiyyələr təqdim ediblər. Ailənin qayğıları ilə maraqlanan təşkilatın sədri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladının xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayaraq, şəhid olan qəhrəmanlara Allahdan rəhmət diləyiblər. Şəhid Rüfət Əsgərovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
sia.az