PDF Oxu

Siyasət

  • 3 077

"Şuşa mənə Pakistandakı gözəl yerləri xatırladır" - SƏFİR

"Şuşa mənə Pakistandakı gözəl yerləri xatırladır" - SƏFİR

“Şuşada olduğum üçün çox xoşbəxtəm”. SİA-nın məlumatına görə, bunu Şuşada səfərdə olan Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee jurnalistlərə açıqlamasında deyib.Səfir bildirib ki, Şuşada olduğum üçün şanslıyam: “Ötən il Azərbaycana gəldikdən sonra azərbaycanlıların hər zaman Şuşa haqqında xüsusi məhəbbətlə danışdığını eşitmişdim. Mən bütün azərbaycanlı dostlarıma, Azərbaycan xalqına öz salamlarımı, təbriklərimi çatdırıram”.B.Hayee vurğulayıb ki, bu şəhərin təbiəti, gözəlliyi valehedicidir: “Şuşa mənə Pakistandakı gözəl yerləri xatırladır. Buranın iqlimi çox gözəldir, faydalı suları var. Şuşa qalası möhtəşəmdir. İnanıram ki, tezliklə bu binalar yenidən bərpa olunacaq, müxtəlif ölkələrdən turistlər bu şəhərə səfər edə biləcəklər”.

sia.az

Digər xəbərlər