Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Balakişiyev Qara Əmirxan oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilib.YAP Xocavənd rayon təşkilatının fəalları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir Xocavənd 4 saylı tam orta məktəbinin şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya ilə davam edib.
Allah rəhmət eləsin.
sia.az