PDF Oxu

Siyasət

  • 4 314

"Rusiyanın belə bir addım atması böyük sual doğurur" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiyanın belə bir addım atması böyük sual doğurur" - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların ümumilikdə 100-dən çox nümayəndəsinin Şuşa şəhərinə səfəri baş tutdu. Amma biz səfərdə ATƏT-in Minsk qrupunun üzvlərinin, nümayəndə heyətinin iştirak etməməsinin şahidi olduq. Belə yanaşmanı nəinki biganəlik hətta açıq-aşkar Azərbaycanın haqlı mövqeyinə düşmənçilik kimi qiymətləndirərdim”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov deyib.Onun sözlərinə görə, bu bir daha ondan xəbər verir ki, Azərbaycan son məqamda münaqişəni məhz hərbi yolla, güc yolla həll etməkdə çox düzgün addım atıb: “Həmsədr dövlətlərin səfirlərinin belə bir vaxtda, yeni yaranmış geosiyasi reallıqda bu cür addımları həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayanacaqlarından xəbər verir. Çox təəssüflər olsun ki, bütün bunlar realdır. Həqiqətən də görünür bir çox dövlətlərin, o cümlədən də Azərbaycana qardaş olan Türkiyə prezidentinin BMT-nin yenidən formalaşdırılması, daha doğrusu BMT-də köklü islahatlarının aparılması zərurətini vurğulaması bunu bir daha sübuta yetirib. Bununla da Azərbaycan konkret olaraq məhz Minsk qrupunun buraxılması, yəni Minsk qrupunun həmsədrlik institunun ləğvi barədə iddia qaldıra bilər. Aydındır ki, ABŞ və Fransa bu məsələdə konkret olaraq əsas moderator kimi Rusiya və Türkiyənin sıx əməkdaşlıq kontekstində çıxış etməsindən çox narazıdır"Politoloq həmçinin qeyd edib ki, Rusiyanın belə bir addım atması böyük sual doğurur: “Çünki belə çıxır ki, Rusiya özünün əsas moderatorluq missiyasının üstünə də kölgə salır. Həmin həmsədr dövlətlərin səfirləri artıq neçənci dəfədir ki, diplomatik korpusun nümayəndə heyəti ilə getməkdən imtina edirlər. Burada bir məqam var. Çünki bu yerlərə onlar gedərək, birmənalı şəkildə öz gözləri ilə erməni vandalizminin və ermənilərin Şuşada törətdikləri vəhşiliklərin şahidi olacaqlar. Belə olduqda isə onlar da digər səfirlər kimi ümumi bəyanatda iştirak etməli olacaqlar. Bu da onlara konkret olaraq sərf etmir. Ona görə ki, həmin dövlətlərdə çox güclü erməni diasporu var. Düşünürəm ki, bu kimi səbəblərə görə, onlar həmin yerlərə getməkdən imtina edirlər”.

sia.az

Digər xəbərlər