Erməni təxribatlarından başlayan Qarabağ zəfərinin əsası
Hələ ötən ilin avqust ayının 21-də Ermənistan rəhbərliyi kapitan Ruben Sanamyana “milli qəhrəman” adının verilməsi üçün fərman imzaladı. Həmin vaxt anlaşılmaz qaldı ki, axı erməni rəhbərliyi Sanamyanı hansı xidmətlərinə görə həmin yüksək mükafata layiq görüb?Lakin bir neçə saat sonra Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan özünün facebook səhifəsində qeyd etdi ki, Sanamyan “Qorxmaz” (“Anvax”) postunun müdafiəsi (?!) müqabilində həmin mükafata layiq görülüb və s. Ancaq adıçəkilən postun əhəmiyyətlilik dərəcəsini öyrənmək üçün sərhəddə baş verən ilk döyüşlərlə bağlı materialları istər-istəməz bir daha nəzərdən keçirmək tələbi yaranır.
Şuşan Stepanyan erməni diversantları tərəfindən postumuzu ələ keçirmək cəhdini belə gizlətməyə cəhd edib
Beləliklə, iyulun 12-də həmin Şuşanyan facebook səhifəsində yazır ki, Azərbaycan tərəfinə məxsus “UAZ” guya dövlət sərhədini pozaraq (?!) erməni mövqelərinə tərəf çıxmağa cəhd edib. Lakin istənilən sağlam düşüncəli insan elə ilk baxışdaca anlayır ki, həbri əməliyyatların bu cür başlanğıcı sadəcə absurddur!Bəli, “UAZ” həqiqtən də mövcud olub. Belə ki, yanmış maşının fotoları iyulun 12-də, axşam saatlarında erməni resurslarında yayılmağa başladı.13 iyulda isə erməni mənbələri Ermənistan silahlı qüvvələri mövqenin fotolarını yaydılar. Yəni belə informasiya yarandı ki, ermənilər azərbaycanlılara məxsus postu “tutublar”.Erməni tərəfi bunun ardınca azərbaycanlılara məxsus “UAZ”ın yaxınlaşması videosunu da yerləşdirdilər. Ancaq erməni əsgərləri tərəfindən bir gün əvvəl məhz bu “UAZ”ın gülləyə tutulmasını demək çətinidir.İyulun 16-da isə Şuşan Stepanyan azərbaycanlı həbrçilərin “erməni tərəfinin yaratdığı imkanı” (?!) vasitəsi ilə həlak olmuş hərbçilərin nəşlərinin çıxarılması kadrlarını yayır. Həmin kadrlarda hələ iyulun 12-də gülləyə tutulmuş “UAZ”ı görmək mümkündür.Şuşan Stepanyanın həmin kadrlarından sözügedən yerin koordinatlarını da asanlıqla müəyyən etmək mümkündür - 40.9052981, 45.5278721 və demək olar ki, ermənilərin “Qorxmaz” adlandırdıqları koordinatlarla üst-üstə düşən 40.9044680 və 45.5278700. Və əgər həmin postdan gedən yollara diqqət yetirilərsə çox asanlıqla belə nəticə hasil etmək olar ki, bu, Azərbaycan postu olub. Onda belə nəticəyə gəlmək olar - Şuşan Stepanyanın Azərbaycana məxsus “UAZ”ın “anlaşılmaz səbəblərdən” guya Ermənistanın ərazisinə daxil olmaq cəhdləri barəsindəki iddiaları əslində, erməni diversantları tərəfindən postumuzu ələ keçirmək cəhdini gizlətməkdən ibarət olub. Yəni təxribat düşmən tərəfindən həyata keçirilib!
Onlar maşında olan hərbçilərimiz olublar və ermənilər tərəfindən onların getmələrinə imkan verilməyib
Nəticədə yuxarıda qeyd edilənlərdən həm də belə bir fikir söyləmək olar ki, 12 iyul 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə məxsus “UAZ” markalı hərbi avtomobil rahat şəkildə öz postuna tərəf hərəkət edirdi. Erməni tərəfi bunun ardınca iddia edib ki, xəbərdarlıq atəşlərindən sonra onlar azərbaycanlı hərbçilərə "maşını qoyub, ərazini tərk etmələrinə imkan yaradıblar".O cümlədən, Şuşan Stepanyan tərəfindən sosial şəbəkədə yerləşdirilən kadrlardan görünür ki, azərbaycanlı hərbçilər “UAZ” yaxınlığından əsgərlərin nəşlərini çıxarırlar. Belə qənaətə gəlmək olar ki, onlar maşında olan hərbçilərimiz olublar və ermənilər tərəfindən onların getmələrinə imkan verilməyib.
Lavrov “Trud”a müsahibəsində nəyə eyham vurmuşdu?
Əgər Rusiya XİN-nin rəhbəri Sergey Lavrovun 2020-ci ilin 20 avqust sayında verdiyi müsahibəsini təhlil edərsək, Azərbaycanla Ermənistan sərhədində baş vermiş və münaqişəyə gətirib-çıxarmış hadisələri zəncirvari olaraq izləyə bilərik:
1. Erməni tərəfi Tavuş vilayətindəki köhnə buraxılış məntəqəsinsə reanimasiya işləri aparıb.
2. Aparılan işlər Azərbaycan tərəfini narahat edib. Belə ki, Lavrovun sözlərinə görə, həmin buraxılış məntəqəsi Azərbaycanın ixrac boru kəmərlərindən 15 km aralıda yerləşir. Lavrov “narahatlıq” sözünü işlədərkən, fikrimizcə onu demək istəyib ki, ola bilsin, azərbaycanlı hərbçilər sözügedən buraxılış məntəqəsinə yüngül silahlardan atəş açıblar.
3. Daha sonra Lavrov deyir ki, ermənilər azərbaycanlıların narahatlıqlarına qarşı əsassız cavab reaksiyası göstəriblər. O, bununla həm də onu demək istəyib ki, erməni tərəfi azərbaycanlı hərbçilərə məxsus postu da əsassız olaraq ələ keçirməyə cəhd göstəriblər.
Lakin fakt budur ki, məhz Tovuz hadisələrinin başlanğıc nöqtəsi Qarabağ zəfərinin əsasını qoydu və davamlı erməni təxribatlarına, işğalçılığına qarşı sarsıdıcı zərbələr endirildi – cəmi 44 gün ərzində! Və bu günlərin hər biri dünyanı həbr tarixinə yeni imzalar atdı, qəhrəmanlıq, şücaət və qalibiyyət imzası.Məhz Tovuz hadisələrindən sonta onillərlə yığılıb qalmış qisaslarımız, öclərimiz də düşməndən yetərincə, hətta artıqlaması ilə alındı və sübut olundu ki, Azərbaycanın qələbəsi sonuncu deyil, qarşıda növbəti qalibiyyətlər, zəfərlər bizləri gözləyir.
sia.az