"Ümumiyyətlə, Ukrayna dövlətinin rəsmi mövqeyi ondan ibarətdir ki, Qarabağ bütünlükdə Azərbaycan ərazisidir. Buraya istər indiki sülhməramlıların nəzarət etdiyi, istərsə də işğaldan azad olunan ərazilər daxildir. Bunu ən yüksək səviyyədə Ukrayna rəsmilərinin dilindən hər zaman eşitmişik. Təbiidir ki, Ukrayna səfirinin bu cür fikirlər işlətməsi, Azərbaycana qarşı mehriban münasibət göstərməsinin kökündə də, Azərbaycanın Ukraynaya qarşı mehriban dost münasibəti dayanır. Yəni, bu onu göstərir ki, Azərbaycanın dünyada düşmənindən çox dostu var. Bunların arasında da Ukraynanı xüsusi qeyd etmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, əvəllər belə bir fikir formalaşmışdı ki, Azərbaycana yalnız müsəlman dövlətləri dəstək verir: "Amma son proseslər onu göstərir ki, bu fikir yalnışdır. Hətta, xristian dövlətləri belə bu məsələdə Azərbaycanla həmrəylik nümayiş etdirirlər. Necə ki, bu sonuncu səfər çərçivəsində görüldü, hesab edirəm ki, bizim üçün önəmli olan Azərbaycanın gələcək strateji hədəflərini daha dəqiq müəyyən etmək və buna doğru iri addımlarla irəliləməkdir. Hansı dövlətin hansı münasibətdə olmasının prinsipcə bizim üçün heç bir əhəmiyyəti yoxdur. Məlum, məsələdir ki, onlarla ermənilər arasında əlaqələr mövcuddur. Onların Azərbaycanın siyasi və iqtisadi inkişafına marağı yoxdur".
Ayşən Vəli