“12 iyul 2020-ci ildə Ermənistanın həlledici hədəflərindən biri Azərbaycanın Tovuz rayonundakı mövqelərinə və dinc kəndlərinə hücum etmək idi ki, nəticədə KTMT-ni erməni tərəfində Qarabağ müharibəsinə cəlb edə bilsin”. SİA xəbər verir ki, bunu “Vestnik Kavkaza” saytının jurnalisti ilə söhbətində “Pravda.ru” mediaholdinqinin hərbi şərhçisi, “Kontrolnıy vıstrel” (“Nəzarət atışı”) proqramının aparıcısı Aleksandr Artamonov Tovuz isndidentinin birillik perpsktivlərini şərh edərkən deyib.
“Tonoyan KTMT-də manipulyasiya cəhdləri edirdi”
“Tovuz insidenti zamanı Ermənistanın müdafiə nazirliyinə David Tonoyan rəhbərlik edirdi və o, anti-Azərbaycan ritorikalarını hədəf kimi seçməklə KTMT-ni münaqişəyə cəlb etməyə çalışırdı.Faktiki olaraq o, şəxsi və Ermənistanın maraqlarından çıxış edərək, KTMT-də manipulyasiya cəhdi edirdi”, deyən Artamonov əlavə edib ki, Ermənistanın Tovuz rayonuna hücumu bir sıra səbəblərə görə diqqət çəkirdi.“Birincisi, Tovuz insidenti Ermənistanın başqa əllər vasitəsi ilə Azərbaycana qarşı təxribat törətmək marağını irəli sürdürmək isyəti idi və o, KTMT ölkələri hesabına Azərbaycan ərazilərindəki işğalçılığını möhkəmləndirməyə çalışırdı, eləcə də İrəvanın aqressor deyil, zərərçəkən tərəf kimi dəstəklənməsinə cəhd edirdi. Bu, özü-özlüyündə unikallıqdır: ölkə digər dövlətin 20% ərazilərini işğal edib və özünü qurban kimi göstərməyə çalışır. Tarixdə belə bir analoqun olduğunu bilmirəm”, deyən rusiyalı hərbi şərhçi Ermənistanın siyasi həyasızlığını açıq-aşkar sübuta yetirib.
“Hələ 2016-cı ilin aprelində baş vermiş münaqişədə KTMT hadisələrə qarışmayacağını bəyam etmişdi”
O, fikirlərini davam edirib: “İkincisi, KTMT-nin reaksiyası mühüm idi. Lakin KTMT hələ 2016-cı ilin aprelində Qarabağ uğrunda gedən müharibədə bəyan etmişdi ki, onun tərəfindən Azərbaycanın zərərçəkən kimi tanındığı Ermənistan-Azərbaycan münaqişəsinə heç bir müdaxilə olunmayacaq. Təşkilat hələ onda dəqiq şəkildə bəyan etdi ki, “ərazilərin işğalı” ifadəsi mövcuddur və onun üçün Ermənistan Azərbaycanın ərazilərini işğala məruz qoyan aqressordur. Bu səbəbdən də ötən ilin yayında hətta Ermənistanın KTMT-nin üzvü olub, Azərbaycanın isə bu quruma aidiyyatı olmadığı halda İrəvana dəstək göstərilmədi”, Artamonov vurğulayıb.“Üçüncüsü, Ermənistan 100% təxribata getdi və heç bir haqq qazana bilmədiyinə görə də ümidsizliyə qapıldı”, deyən hərbi şərhçi əlavə edib: “Axı Azərbaycan işğal altındakı ərazilərini azad etməsi yerinə nəyə görə Ermənistana hücum etməlidir? Azərbaycanın relyefi rahat olmayan, eləcə də bu nöqtədə güclərini cəmləşdirmədən Tavuş vilayətinə hücum etməsində hansı marağı ola bilər?”.
“Ermənistanın ittihamları sadəcə absurd olub, Azərbaycan ərazilərinin 20% işğala məruz qalması səbəbindən ortada heç bir taktiki, strateji məna da görünməyib”
Aleksandr Artamonov sonda bildirib ki, həmin vaxt Tovuzun Ağdam kəndində ancaq səehədçilər dayanıblar və Azərbaycanın “hücum etmək” məqsəsli hər hansı hazırlığı, hərbi birlik cəmləşmələri olmayıb: “Ermənistanın ittihamları sadəcə absurd olub, Azərbaycan ərazilərinin 20% işğala məruz qalması səbəbindən ortada heç bir taktiki, strateji məna da görünməyib. Ermənistan bütün bunlara baxmayaraq əlində olan və olmayan hər bir arqumentlərini Tovuz insidentinə tərəf yönəltməyə çalışıb və qalmaqallı proporsiyalarını KTMT ilə uzlaşdırmağa səy göstərib. Misal üçün, İrəvan KTMT-nin hazırkı baş katibi Stanislav Zasın seçilməsinə blok qoyurdu və təşkilatın manipulyasiyalara getmədiyinə görə hər dəfə dözümsüzlük nümayiş etdirirdi. Bu, qan üzərində kirli manipulyasiyalar idi ki, nəticədə həm erməni, həm də azərbaycanlı hərbçilər həlak oldular – ancaq Ermənistan yenə də buna getdi ki, KTMT-ni və Rusiyanı Azərbaycanla münaqişəyə cəlb edə bilsin”.
“İrəvan yalanın atasıdır”
Artamonov qeyd edib ki, əgər ümumi mənzərə götürülərsə, onda Tovuz insidenti Ermənistanın 44 günlük müharibə zamanı informasiya sahəsindəki davranışlarını geridə qoyurdu. Azərbaycanı etmədiyi məsələlərə görə ittiham edirdi, yaxud media məkanında Azərbaycanı özünə məxsus torpaqları geri qaytadığına görə həyasız böhtanları ilə şərləyirdi: “Ermənistanın özünü bu cür aparacağı hələ Tovuz hadisələrində aydın olmuşdu, həmin vaxt biz erməni tərəfinin absurd yalanlarını eşidirdik. Ümumiyyətlə, 2016-cı ildə də Azərbaycan işğala məruz qalmış torpaqlarını azad edərkən Ermənustan nədənsə bunları öz qələbəsi kimi təqim edirdi. Müqəddəs mətnlərdə deyildiyi kimi: “O nə vaxtsa yalan danışırsa, öz sözünü deyir, çünki o yalançıdır və yalanın atasıdır” və mövcud vəziyyətdə həmin ifadə İrəvan haqqındadır”.
sia.az