"Cəbrayıl rayonunda 130 km-lik dəmir yolu xəttinin tikintisinə başlanılıb. Əvvəlcə minaxataranlar iş başında əraziləri minalardan təmizləyirlər. Bir rayonda 100 minədək mina basdırılıb". SİA-nın verdiyi məlumata görə, bu sözlər Litvalı jurnalist Yaunius Matonisin Cəbrayıldan verdiyi reportajda bəhs edilən ümumi fikrində yer alıb.Onun sözlərinə görə, bu yaxınlarda minaya düşən iki jurnalist həlak olub: "Minalar əsasən Sovet dönəmindən qalan Rusiya və Ermənistan istehsalıdır. Böyük Krallıq (İngiltərə) və UNİCEF ərazilərin minalardan təmizlənməsinə yardım edir.Dağlıq Qarabağda 7 rayonun ərazisi minalanıb. Yalnız üç rayonun minalarının xəritəsi əldə olunub. Bu 200 mindən çox minanın basdırıldığı xəritələrdir. Ermənistan mina xəritələrini hərbi əsirlərlə dəyişdirib.Bir gündə 20 kv. km-dək ərazi təmizlənir".
sia.az