Siyasət

  • 4 178

Əli Kərimlinin növbəti manipulyasiya cəhdi... ŞƏRH

image

Məlum olduğu kimi, Azərbaycanda vətəndaşların sosial rifahı hər zaman əsas prioritetlərdən hesab edilir. Bu baxımdan, cəmiyyətin bütün kateqoriyalarına dövlət tərəfindən diqqət və qayğı göstərilir, bu istiqamətdə davamlı addımlar atılır. Lakin “fəaliyyəti” ancaq dağıdıcılığa, ölkəmizin əldə etdiyi uğurlara qara yaxmağa köklənmiş radikal müxalifət bu məsələyə də “özünəməxsus şəkildə” yanaşır. Belə ki, antimilli şurada cəmləşən dağıdıcı ünsürlər ya dövlətin guya sosial məsələlərin həllinə diqqət etmədiyini iddia edir, ya da ölkəmizdə həyata keçirilən sosial siyasət fonunda dövlətin şəhid ailələrinin və müharibə əlillərinin sosial rifahının yüksəldilməsi istiqamətində atdığı addımları öz adlarına çıxmağa çalışırlar. Bu yerdə yaxşı deyiblər ki, utanmasan, oynamağa nə var ki?Öz növbəsində, radikal müxalifət düşərgəsinin bu manipulyasiya cəhdi cəmiyyətdə haqlı etirazlarla qarşılanır. Hər dəfə dövlət başçısının uğurlu addımını həzm edə bilməyən satqın, ermənin it yalağından su içən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Qənimət Zəhid, Sevinc Osmanqızı, Vidadi İskəndərli və bu kimi manqurtlar başlayırlar sosial şəbəkələrdən banlamağa və bildirirlər ki, “mitinqlərlə hər şeyə nail ola bilərik”. Yazıqlar olsun, bu qədər də alçaq, mənəviyyatsızlıq olar? Ona görə də, özünü milli birlikdən kənarda saxlayan antimilli şura və digər radikal qüvvələrin bu gün sosial məsələlər üzərindən manipulyasiya etmək arzuları da fiaskoya məhkumdur. Çünki bütün şəhid ailələri və qazilər dövlət tərəfindən qayğı ilə əhatə olunub. Xalq 18 ildir ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətinin şahididir. Dövlət başçımızın imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü artırılıb, mənzillərlə təmin edilməsi yönündə addımlar atılmaqdadır. Bütün bunlar bir daha onu göstərir ki, Vətən müharibəsində xalqın yanında yer almayanlar yeni yalanlar uydurmaqla siyasi səhnəyə qayıtmaq istəyirlər. Bu isə mümkün deyil.Sosial şəbəkələrdə yalan iddialar səsləndirənlər Vətən uğrunda müharibədə xalqın milli birliyindən kənarda qalmaqla hansı mövqedə olduqlarını açıq şəkildə ortaya qoydular. Ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən davamlı şəkildə diqqət və qayğı göstərilir.

Radikal ünsürlərin “yarımçıqlıq sindromu”
Radikal müxalifət düşərgəsi və onların xaricdə məskunlaşmış Vətən satqınları AXCP sədri Əli Kərimli, antimilli şuraçılar Cəmil Həsənli və Gültəkin Hacıyeva, eləcə də ölkəmizə qarşı çirkin kampaniyalar aparmaqla görəvləndirilmiş Sevinc Osmanqızı, Qənimət Zahid, Vidadi İskəndərli və bu kimi viruslar sosial şəbəkələrdə mütəmadi şəkildə bu qələbəni “yarımçıq” adlandırmağa cəhd göstərir, bununla da ermənipərəst dairələrin dəyirmanına su tökməyə çalışırlar. Radikal müxalifətin Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmaq cəhdləri ikrah doğurur. Dağıdıcı ünsürlərin zəfərimizi “yarımçıq” adlandırmalarının onların özlərinin yaşadıqları “yarımçıqlıq sindromu”ndan irəli gəlir. Belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç zaman bağışlanmır. Və özünü xalqa canıyanan göstərməyə çalışan AXCP sədri Vətən müharibəsi dövründəki fürsətcil mövqeyini arxa plana keçirib, bu dəfə də şəhidlərimizin, qazilərimizin kölgəsində uğursuz manipulyasiya həyata keçirməyə çalışır. Amma unudur ki, onun danışdığı yalanlar bumeranq effekti ilə öz sifətinə çırpılır. Məsələn, Əli Kərimlinin əsassız iddialarının əksinə olaraq, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial problemlərinin həlli ilə bağlı genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, onlara verilən aylıq müavinətlərin dövlət başçısının müvafiq qərarı ilə artırılması, hətta müharibə iştirakçıları ilə bağlı ortaya çıxa biləcək hər hansı bir formal problemin operativ şəkildə öz həllini tapması üçün müvafiq komissiyanın yaradılması hər kəsə gün kimi aydındır.Bu gün ölkəmizdə şəhid ailələrinin qarşılaşa biləcəyi hər hansı bir kiçik problemin belə həll edilməsi həm cəmiyyət, həm də dövlət olaraq əsas prioritetlərdən sayılır. Eyni zamanda, bu il ərzində minlərlə şəhid ailəsinə yeni mənzillərin verilməsi nəzərdə tutulur. Eləcə də şəhid olmuş qəhrəmanlarımızın övladlarına müvafiq müavinətlərin verilməsi, onlara xüsusi imtiyazların tanınması artıq təmin olunub. Bəs, görəsən, hər kəsin gördüyü və bildiyi bu reallığı Ə.Kərimli bilmirmi, yaxud da görmürmü? Təbii ki, həm bilir, həm də görür. Sadəcə olaraq, xain xislət atılan müsbət addımları etiraf etməyə mane olur.Göründüyü kimi, Əli Kərimlinin bu dəfəki “iddiaları” da qərəzli və əsassızdır. Sadəcə olaraq, AXCP sədri növbəti dəfə özünü “siyasi meydanda” saxlamaq, daha doğrusu, onu pulla təmin edən xaricdəki ermənipərəst dairələr qarşısında özünü “təsdiq etmək” üçün yenə də ortaya atdığı boş fikirlərlə gündəmə gəlməyə çalışır. Bu isə nə onun özünə, nə də ətrafındakılara heç bir siyasi dividend qazandırmayacaq. Çünki Azərbaycan xalqı onların əsl simasını yaxından tanıyır. Sosial istifadəçi gənclər Əli Kərimlinin antitəbliğat kampaniyasını pisləyərək, belələrinin cəzalandırılması tələbəi ilə çıxışı ediblər. Məsələn, Sevinc Abdullayeva qeyd edib ki, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin adından danışmaq Əli Kərimliyə düşməz: “Çünki bu satqının təmsil olunduğu hakimiyyətin sayəsində ermənilər torpaqlarımızı işğal etdilər, Qarabağ boyda dərdi bizim üçün yaratdılar. Ar olsun...”.Azərin Rəşidova adlı istifadəçi yazıb ki, bu antimilli ünsür üçün Vətən, dövlət və xalq anlaşıyı yoxdur: “Onun üçün əsas xaricdən gələn qrantlar və ölkəmizdə qarışıqlığın yaradılmasıdır. Sənin nə işin var Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə? Onsuz da bu ölkəyə çox zərbələr vurmusan”.Heyranxanım Sərdar qızı İdriszadə isə Əli Kərimliyə sual ünvanlayaraq bildirib ki, birinci Qarabağ müharibəsində əli silah tutan gənclər ön cəbhədə vuruşanda sən harda idin: “Ay satqın, axı bu insanlar sənin və sənin dəstənin hakimiyyətdə olduğu zaman əlillik adını qazanıblar. O zaman siz dövlətin büdcəsini yeyib-talan etməsəydiniz, o pula silah və sursat alınsaydı, bu gün müdafiə etdiyin insanlar əlil olmazdı”.Ayan Cəfərova adlı sosial şəbəkə istifadəçisi də maraqlı fikirlə çıxış edib: “1992-ci ildə Qarabağda müharibə gedərkən Əli Kərimli kimilər silahlı adamlarını, zirehli hərbi maşınlarını Bakıda Ali Sovetin binasını tutmağa yönləndirmişdi. Tarixi yaddaşımız yerindədir, ey satqınlar. Gənclərimiz Vətəni qoruyarkən siz Bakıda kreslo üstündə “döyüşürdünüz”.Göründüyü kimi, bir sözlə, cəmiyyətimizin həssas təbəqəsi olan Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə edərək antitəbliğat aparmağa cəhd edən Əli Kərimlini elə bu kateqoriyadan olan insanlar, Vətənini sevən gənclər peşman etdilər. Sosial şəbəkələrdən istifadə edən ictimaiyyət nümayəndələri bu dəfə də dövlətin yanında olduqlarını, cənab Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini sübut etdilər. Bu fakt özlüyündə bir daha həm Əli Kərimli kimi radikal müxalifət, həm də onlara himayədarlıq edən antiazərbaycan dairələri üçün şillə kimi cavab oldu.

sia.az

Digər xəbərlər