Siyasət

  • 2 760

Şəmkirdə Şəhid bulağının açılış mərasimi olub

image

İyulun 16-da Şəmkir şəhərinin Posanlı yaşayış massivində Birinci və İkinci Qarabağ savaşı şəhidlərinin xatirəsinə inşa edilmiş ehsan bulağının açılışı olub. Bulaq Şəmkir rayon İcra hakimiyyətinin dəstəyi ilə yerli sakinlərin köməkliyi ilə tikilib ərsəyə gətirilib. Şəmkir rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevin, hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid ailələri, qazilər, yerli sakinlərin iştirak etdiyi açılış mərasimində şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.Tədbirdə çıxış edən Fəxrəddin Vəliyev 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib. Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidlərin valideynlərinə dərin ehtiramını bildirib.Digər çıxış edənlər də Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq. Xatirə bulağının açılışında şəhid övladlarının ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.Şəhid anaları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

sia.az

Digər xəbərlər