Siyasət

  • 3 448

"Paşinyan Ermənistanın gündəliyini həyata keçirmək niyyətindədir" - EKSPERT ŞƏRH ETDİ

image

“Azərbaycan Ermənistan sərhəddində və rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində son günlər baş verən gərginliklər Ermənistan tərəfindən həm Avropadan gələn yüksək səviyyəli qonaqların səfərləri öncəsi gərginliyi artırmaqla onların daha fəal olmasına çalışmaq, eyni zamanda müharibədən sonra formalaşmış konfiqurasiyanı pozmağa hesablanıb. İndiki konfiqurasiya ondan ibarətdir ki, Qarabağ ermənilərinin təhlükəsizliyini rus sülhməramlıları qoruyur və Ermənistanın Azərbaycan ərazisində yaşayan ermənilərin həyatlarına müdaxiləsi gündən-günə azalır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.Politoloqun sözlərinə görə, Rusiya sərhədçilərinin sərhədə yerləşdirilməsi məsələsi hələ də açıq qalıb: “Erməni ordusu isə bu vəzifəni həyata keçirə bilmir. Beləliklə, Ermənistanın mövqeləri hər iki istiqamətdə zəifləməkdədir. Bunu nəzərə alan Paşinyan əsasən Minsk Qrupunun ABŞ və Fransa həmsədrlərini, eyni zamanda Avropa Birliyini bu məsələyə daha fəal qoşulmağa çağırıb. Paşinyan indiki yaranmış geosiyasi reallıqlar fonunda onun səciyyəvi xüsusiyyətlərindən biri olan üçtərəfli formatı pozaraq yeni konfiqurasiya formalaşdırmaqla Ermənistanın gündəliyini həyata keçirmək niyyətindədir. Azərbaycanın hazırda sərgilədiyi təmkinli siyasət öz nəticəsini yaxın vaxtlarda verəcəkdir. Çünki Ermənistan alternativ variantlar haqqında düşünür və bu gərginliyi artırmaqla müəyyən dərəcədə təsir imkalarına malik olmaq istəyir. Lakin həm ordu, həm insan resursu, həm də maliyyə resursları baxımdan vəziyyət Azərbaycanın xeyrinə işləyir”.F.Məmmədov vurğulayıb ki, digər tərəfdən bu yaxınlarda ABŞ və Fransa xarici işlər nazirləri də vahid mövqe haqqında fikir irəli sürüblər, amma onun detalları hələ də məlum deyil: “Böyük ehtimal ki, bu Ermənistan üçün də bir o qədər məqbul olmayan bir variant olacaq. Bu gərginlik qısa müddət davam edəcək. Azərbaycanın mövqeyi də tam şəkildə səslənib. Cənab Prezident tərəfindən Azərbaycanla sülh müqaviləsi imzalamaq təklif olunub. Müəyyən dövrdən sonra böyük güclər də görəcəklər ki, Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir. Necə ki, 2020-ci ilin sentyabrına qədər sərgiləyirdi. Buna görə də Azərbaycan artıq birtərəfli addımların atılmasının legitimliyini ortaya qoyacaq. Artıq bu addımlar dünya ictimaiyyəti tərəfindən də qəbul ediləcəkdir”.

sia.az

Digər xəbərlər