Siyasət

  • 3 302

Moldova portalı: Azərbaycanın 30 ilə yaxın işğal altında qalan ərazilərində həyat normala qayıdır

image

Moldovanın nüfuzlu “primelestiri.md” xəbər portalı Azərbaycanın işğaldan azad olunan ərazilərindən xüsusi reportaj dərc edib.

Məqalədə işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə yazılıb. Qeyd edilib ki, 30 ilə yaxındır Azərbaycanın nəzarəti altında olmayan ərazilər yenidən normal həyata qayıdır. 8 ay əvvəl həmin ərazidə mərmi səsi eşidilirdi və şiddətli döyüşlər gedirdi və indi həkimlər, işçilər, istehkamçılar və hərbçilər strateji əhəmiyyətli obyektləri qoruyaraq işləyirlər. Azərbaycan səlahiyyətliləri qısa müddətdə infrastrukturun bərpasına başlayıblar - magistral yollar salınır, dəmir yolları çəkilir, elektrik stansiyaları tikilir. Plana əsasən, işin əsas hissəsi 2022-ci ilə qədər başa çatdırılmalıdır.
Müəllif məqalədə Cəbrayıl, Füzuli və Zəngilanda gördüklərindən bəhs edib. Həmçinin yazıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əraziləri minalardan təmizləməsinə də toxunulub.

yap.org.az

Digər xəbərlər