Siyasət

  • 3 697

“Azərbaycan Qoşulmama Hərəkatının layiqli liderinə çevrildi” DEPUTAT ŞƏRH ETDİ

image

Azərbaycan Qoşulmama Hərəkatına üzv olduqdan sonra təşkilatın fəaliyyətində aktiv iştirak elədi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.Millət vəkili qeyd edib ki, Azərbaycan təşkilatın fəaliyyətinə dəstək verdi, onun problemlərinin həllinə dair özünün konstruktiv təkliflərini verdi və bunun nəticəsi olaraq Azərbaycan üç illiyə təşkilatın sədri seçildi və bu üç il ərzində Azərbaycan sözün əsl mənasında Qoşulmama Hərəkatının layiqli liderinə çevrilə bildi.“Vaxtaşırı olaraq, Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının birliyinin təmin edilməsi üçün tədbirlərin keçirilməsi, hərəkat üzvlərinin qarşısında duran problemlərin həlli üçün təkliflər paketinin irəli sürülməsi və bütün dünyanın bu gün böyük çətinliklərlə yaşadığı koronavirus pandemiyası dövründə Qoşulmama Hərəkatının üzvlərinin bu problemini həllinə dair öz köməkliyini göstərməsi, Azərbaycan Prezidentinin təklifi ilə BMT Baş Məclisinin koronavirusla mübarizədə xüsusi sessiyasının keçirilməsi, Azərbaycanın hərəkata üzv ölkələrin vaksinlə təminatı məsələsini dünya qarşısında, inkişaf etmiş dövlətlər qarşısında qaldırması, onlara vaksin bölüşdürülməsində ədalətsizliyin olduğunu bildirməsi, bunu gündəmə gətirməsi sirr deyil və bunu bütün dünya ictimaiyyəti müşahidə etdi. Bundan başqa hərəkat üzvlərinin koronavirus pandemiyası ilə mübarizəsinə Azərbaycan öz tövhəsini verdi, 30-dan çox hərəkat üzvü olan ölkəyə tibbi avadanlıqlar, tibbi yardım, vaksin köməkliyi göstərdi. Bu günlərdə Azərbaycan Özbəkistana və Qırğızıstana xəstəliyə qarşı böyük həcmdə vaksin hədiyyə etdi. Bütün bunların hamısı Azərbaycanın, şəxsən onun Prezidenti cənab İlham Əliyevin hərəkat üzvlərinin maraqlarını yüksək səviyyədə qoruduğunu, onların problemlərinin həlli üçün həll variantının axtarıldığını və gündəmə gətirildiyini bir daha sübut edir.Azərbaycanın hərəkata uğurlu sədrlik etməsində ölkə Prezidenti cənab İlham Əliyevin böyük xidməti vardır. Onun liderlik xüsusiyyəti, onun ayrı-ayrı ölkələrin və ayrı-ayrı regionların maraqlarını dünyanın maraqları ilə birləşdirə bilməsi, onun hərəkatın nüfuzunun qaldırılması üçün atması göz önündə olan məsələlərdir. Cənab Prezidentin fəaliyyəti Qoşulmama Hərəkatının mövcudluğuna bir canlanma, bir səmərəlilik gətirdi. Onun fəaliyyəti, cənab Prezidentimizin fəaliyyəti nəticəsində Qoşulmama Hərəkatının üzvləri arasında daha sıx münasibətlər yaranması ab-havasına nail olundu. Hesab edirəm ki, bunun nəticəsidir ki, Qoşulmama Hərəkatı daha bir il Azərbaycanı özünün sədri görmək istədi və BMT-dən sonra daha çox üzvü, 120 ölkəni birləşdirən bir təşkilatın rəhbərliyinin Azərbaycan tərəfindən çox uğurlu həyata keçirildiyini bir daha təsdiqlədi. Hesab edirəm ki, növbəti bir ildə Azərbaycanın sədrliyi ilə hərəkatın qarşısında duran məsələlərin həlli üçün böyük işlər görüləcəyi gözləniləndir”, deyə Aydın Mirzəzadə bildirib.

sia.az

Digər xəbərlər