Siyasət

  • 2 938

YAP Suraxanı rayon təşkilatının fəalları şəhidin ailəsini ziyarət ediblər

image

YAP Suraxanı rayon təşkilatının nümayəndələri öncə Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət edib, onların əziz xatirələrini yad ediblər. Daha sonra Binə qəsəbəsi Südçülük yaşayış sahəsinin sakini, Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda" medalı ilə təltif olunmuş əsgər (MAHHXHQ) Məmmədov İsa Nazim oğlunun ailəsini ziyarət edərək, ailənin qayğıları ilə maraqlanıblar.Səmimi söhbət əsnasında təşkilatın aparat rəhbəri Salman Əbdülov vurğulayıb ki, YAP-ın rayon təşkilatı hər an şəhid ailələrinin yanındadır və bundan sonra da onların problemlərinin həlli, çətinliklərinin aradan qaldırılması və yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində imkanları çərçivəsində əllərindən gələni əsirgəməyəcəklər.Sonda şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatına öz minnətdarlığını bildirib.

sia.az

Digər xəbərlər