Siyasət

  • 3 835

“Qoşulmama Hərəkatının Azərbaycana münasibəti İlham Əliyevin diplomatik uğurudur” Məşhur Məmmədov

image

“Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı dediyi kimi: “Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı”. 2016-cı ildə təşkilatın üzvlərinin yekdil səsverməsi nəticəsində Azərbaycanın hərəkata sədr olması barədə qərar qəbul edildi. Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik etməyi öz öhdəsinə götürdü. Bu, prezidentin həyata keçirdiyi siyasətin növbəti təzahürü idi”. Bu fikri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.Millət vəkili bildirib ki, bu il Qoşulmama Hərəkatına üzv olan və bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandığı üçün, 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilmişdir. Ən uğurlusu isə, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etmiş, bu Hərəkatın Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürmüş, 2020-ci il may ayının 4-də həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabr ayınının 3-4-də Xüsusi Sessiya baş tutmuşdur"."Ölkəmiz pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etmiş, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə ayırmışdır", - deyən millət vəkili Məşhur Məmmədov onu da vurğulayıb ki, qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi”nə qarşı çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınamış, BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürmüş və həmin qətnamə builin mart ayında yekdilliklə qəbul edilmişdir: “Həmçinin, sədrlik müddətində Azərbaycan digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olmuşdur. Qoşulmama Hərəkatın gündəliyində duran vacib məsələlərdən biri artıq həll edilmişdir. Belə ki, Azərbaycan 30 illik münaqişəyə son qoydu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını özü təmin etdi. Bir sözlə, tarixi Qələbəmiz regionda yeni reallıqlar yaradaraq Azərbaycanın diktə edən tərəf kimi mövqeyini möhkəmləndirməklə yanaşı, dünya siyasətində də mühüm dəyişikliklərə yol açdı”.Millət vəkili, həmçinin dövlət başçısının tapşırığına uyğun olaraq xarici diplomatların və jurnalistlərin azad olunmuş ərazilərə müntəzəm səfərləri təşkil edilməsinə də toxunaraq bildirib ki, bu səfərlərdə məqsəd şğaldan azad edilmiş ərazilərdə erməni vandalizmin izlərini görmək, təmsil olunduqları ölkələrdə ermənilərin əsl simasını ortaya qoymaqdır: “Bu gün ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin – Rusiyanın, Fransanın və ABŞ-ın səfirlərinin Azərbaycanın “mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə səfərdən imtina etmələri bu ölkələrin bir tərəfdən ikili standartlara əsaslanmaqları, digər tərəfdən Azərbaycanın regionda və dünyada artan mövqeyi, qısa zamanda bu torpaqlarda yaratdıqları cənnəti görəcəklərindən narahatlıq hissi keçirmələridir. Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik korpus münayəndələrinin işğaldan azad edimiş rayonlara səfərləri mütəmadi olaraq təşkil edilir. İndiyə kimi onlar dövlətin təşkilatçılığı ilə Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Ağdam rayonlarında olublar”.M.Məmmədov onu da söyləyib ki, bu məsələ ilə bağlı Azərbaycan Prezidentinin dediyi kimi, "Münaqişə bitib, heç bir status olmayacaq, indi Azərbaycanın dəvəti ilə burada olan Rusiya və Türkiyə bizə bu bölgələri reinteqrasiya etməkdə köməklik göstərirlər: "Bu baxımdan ATƏT-in Minsk qrupu üçün heç bir vəzifə qalmır və bu mövqe dəfələrlə bəyan edilib. Amma görünür ki, Azərbaycanın bu mövqeyi ilk növbədə həm Ermənistanın, həm də fərqli mövqedə olan dairələrin xoşuna gəlmir”.Millət vəkili qeyd edib ki, Azərbaycan öz əraziləri üzərində suveren hüquqlarını bərpa edib: “Azərbaycanın bu suveren hüquqlarını heç kim əlindən ala bilməz. Bu baxımdan Azərbaycan artıq birmənalı mövqe ortaya qoyaraq, ümumiyyətlə, ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməlidir. Artıq bunun vaxtı gəlib çatıb”.Milləi vəkili Məşhur Məmmədov bu 3 səfirin addımını “demarş” adlandıraraq, bu ölkələri “ermənipərəst” mövqeyində günahlandırdı: “Bir sözlə, bütün bunlar Azərbaycanın və onun Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzunun nümunəsidir. Beləliklə, hələ bir il də Azərbayvcan bu şərəfli və məsuliyyətli missiyanı davam etdirəcək. Şübhəmiz yoxdur ki, növbəti bir ildə uğurlarla bol olacaq”.

sia.az

Digər xəbərlər