Siyasət

  • 2 640

"Bu, bizim Şərq Tərəfdaşlığımızın ayrılmaz hissəsidir" - Şarl Mişel

image

Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Şəhidlər Xiyabanını ziyarət edib. SİA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti özünün tvitter hesabında məlumat verib.

Şarl Mişel abidə kompleksi önünə əkil qoyub.

"Bakıda Şəhidlər Xiyabanında Azərbaycana qarşı Sovet aqressiyasının qurbanlarının xatirəsini yad etdim.

Təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz bölgəsi Avropa İttifaqının marağındadır və bizim Şərq Tərəfdaşlığımızın ayrılmaz hissəsidir. Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edir"- Şarl Mişel, qeyd edib.

Digər xəbərlər