Siyasət

  • 2 348

YAP Gənclər Birliyinin fəal üzvləri BDU-da olublar - FOTOLAR

image

İyulun 22-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal üzvləri Bakı Dövlət Universitetində (BDU) olublar. SİA-nın verdiyi məlumata görə, BDU-nun akt zalında keçirilən görüşdə bu ali təhsil ocağı ilə tanışlığı özündə əks etdirən videoçarxın nümayişindən sonra rektor Elçin Babayev gənclərə 102 yaşı olan universitetin keçdiyi şərəfli yoldan geniş söhbət açıb.

Ali təhsilin flaqmanı, ölkədə cərəyan edən ictimai-siyasi proseslərin önündə gedən mötəbər elm ocağını bütün dünyada tanıdan məqamlara diqqət yönəldən Elçin Babayev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev BDU-nun məzunu olub. Diqqətə çatdırılıb ki, dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü nəinki ölkə, dünya miqyasında etiraf olunur. Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir, qiymətli xəzinəsidir. Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.

E.Babayev bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları, yeni inkişaf strategiyası ilə Azərbaycana daha möhtəşəm uğurlar qazandırır. Cənab İlham Əliyev Heydər Əliyevin ideyalarının carçısı, o ideyaları reallaşdıran qüdrətli bir şəxsiyyətdir.

Rektor ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının çox çətin bir şəraitdə təsis edilməsindən, ötən müddət ərzində şərəfli yol keçərək Azərbaycanın davamlı uğurlarında öz payı olmasından da bəhs edib. Bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə əməkdaşlıqdan məmnunluq hissi keçiririk.

O da bildirilib ki, xalqımızın milli iftixarı olan Bakı Dövlət Universitetində çox vacib addımlar atılır. Çünki universitet yarandığı dövrdən hər zaman ali təhsilin flaqmanı olub. Bu gün də universitetdə böyük əhəmiyyətli işlər görülür, islahatlar həyata keçirlir, ali təhsil ocağı öz gözəl ənənələrinə hər zaman sadiqdir. Dövlət başçısı İlham Əliyevin BDU-nun 100 ilik yubileyində söylədiyi “Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir” fikrini önə çəkən rektor qeyd edib ki, universitetin minlərlə məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Məzunlar arasında görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər vardır.

Rektor bu məqamı xüsusi qeyd edib ki, hər bir ali təhsil ocağı gənclərə təhsil, bilik, savad verməklə yanaşı, onların bir vətəndaş kimi kimi yetişməsində mühüm rol oynayır: “Gənclər vətənpərvər olmalıdırlar. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz dövlətimizin qətiyyəti, ordumuzun gücü ilə yanaşı, gənclərimizin Vətən, torpaq sevgisini nümayiş etdirdi. Bugünkü gənclərimizin mütləq əksəriyyəti bu meyarlara cavab verir-bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq”.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov görüşün yüksək səviyyədə təşkilinə, onlara tanışlıq üçün yaradılan gözəl şəraitə görə universitetin rektoru Elçin Babayevə təşəkkür edib. Partiyanın gənclər siyasətindən, təhsilin və innovasiyaların gənclərin həyatında rolundən bəhs edən B.İslamaov bu əminliyini ifadə edəb ki, yeni formatda qurulacaq əməkdaşlıq gənclərimizin daha geniş bilik əldə etmələrinə şərait yaradacaq.

Görüşdə bu fikir də önə çəkilib ki, məqsəd yalnız partiya üzvləri ilə deyil, partiya mənsubiyyəti olmayan digər fəal gənclərlə də əməkdaşlıq etmək, onların fikirlərini öyrənmək, yeni yanaşmalarını diqqətdən keçirməkdir.

Görüşdə ətraflı müzakirələr aparılıb və gəncləri maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər