Siyasət

  • 3 761

Ermənistan ölümü deyil, olumu seçdi? SİYASİ RAKURS+AKTUAL

image

Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə daha artıq səbrli olmaq mümkünlüyünün azalması ətrafında verdiyi sərt bəyanatları fonunda bu reallıq daha açıq görünməyə başlayıb

Bu gün Ermənistan hökuməti hələ də “vəzifəsini müvəqqəti icra edənlər”dən ibarətdir. Demək olar ki, baş nazirdən tutmuş nazirlər kabinetinin bütün səlahiyyətliləri bütünlüklə vəzifələrini müvəqqəti icra edənlərdirlər. Misal üçün, baş nazir vəzifəsini müvəqqəti icra edən, XİN-nin vəzifəsini müvəqqəti icra edən başçısı, vəzifəsini müvəqqəti icra edən müdafiə naziri.Məhz vəzifəsini müvəqqəti icra etmək amili o deməkdir ki, onların heç bir baş verən hadisələr fonunda və cərəyan edən proseslərdən çıxan nəticələrə görə məsuliyyəti üzərlərinə götürmək istəmirlər.
Bu addım, bu qərar Ermənistan dövləti və xalqı üçün birdəfəlik ölüm fərmanı kimi yazılar
Lakin indi onlar anlamağa başlayıblar ki, başqa çıxış yolu yoxdur. Yəni daha dəqiq desək, Ermənistanın yaxın gələcəyi məhz bu vəzifələrini müvəqqəti icra edənlərdən asılıdır. Beləliklə, Cənubi Qafqazda erməni dövlətçiliyinin və xalqının xilası üçün başqa yolu yoxdur.Doğrudur, 44 günlük müharibənin nəticələrini güc yolu ilə dəyişmək cəhdi mövcud ola bilər, amma bu addım, bu qərar Ermənistan dövləti və xalqı üçün birdəfəlik ölüm fərmanı kimi yazılar. Ona görə də ümid edək ki, Ermənistan hakimiyyətinin bütün vəzifələrini müvəqqəti icra edənləri payız ayına qədər Azərbaycanla ümumi, böyük sülh müqaviləsini imzalayacaq.
İrəvan Bakı tərəfindən irəli sürülən şərtlər müqabilində sülhə hazır olmağa başlayır
Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın yavaş-yavaş, tədricən həmin istiqamətdə siqnallar verməsi də belə mümkün ehtimalları ortaya qoyur ki, İrəvan Bakı tərəfindən irəli sürülən şərtlər müqabilində sülhə hazır olmağa başlayır.Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə daha artıq səbrli olmaq mümkünlüyünün azalması ətrafında verdiyi sərt bəyanatları fonunda həmin məsələ daha açıq görünməyə başlayıb. Nəticədə İrəvan “olum, ya ölüm” arasındakı seçimi mütləq etməlidir və artıq etməyə başlayıb. Əlbəttə ki, ölümü deyil, olumu seçib.

sia.az

Digər xəbərlər