Zəngəzur dəhlizinin açılması istiqamətində bütün maneələr aradan qaldırılacaq - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Rusiya Prezidenti cənab Vladimir Putin arasında keçirilən görüş ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.Deputatın sözlərinə görə, ölkələrarası münasibətlərin yüksək inkişafının səbəbi dövlət başçıları arasındakı isti, səmimi münasibətlər və qarşılıqlı inamdan qaynaqlanır: “Bu görüşdə iki ölkə arasındakı ticarət və iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı razılıqlar oldu”.A.Mollazadə vurğulayıb ki, bundan əlavə üçtərəfli bəyanatın icrasına dair yaranan problemlərin yaxın müddətdə aradan qaldırılması ilə əlaqədar ortaq mövqe müəyyənləşib: “Düşünürəm ki, bu istiqamətdə Rusiya öz üzərinə düşən vəzifələri yerinə yetirəcək və Ermənistanı yaxın müddətdə Zəngəzur dəhlizinin açılması istiqamətində bütün maneələri aradan qaldırmağa vadar edəcək”.

sia.az