“1 əsr bundan əvvəl 7 iyul 1923 – cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021 – ci ildə Şərqi Zəngəzur və Qarabağ İqtisadi zonası yaradıldı”. Bu sözləri Prezident İlham Əliyev cənabları 22 iyul 2021 - ci ildə tarixi Qarabağ bəylərbəyliyinin Sunqurabad düzərgahına aid olan hazırkı Daşkəsən rayonuna etdiyi səfəri zamanı öz çıxışında bildirdi.Həqiqətən də, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ 7 iyul 2021 – ci il tarixində ermənilərlə Moskva rəhbərliyinin Azərbaycana təzyiqi ilə süni şəkildə aran və dağlıq hissələrinə parçalanmış və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Özü də bu addım həmin hissədə – Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq atılmışdı.Hər zaman haqqın yolunda olan haqq tərəfdarı olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənabları öz uzaqgörənliyi, xalqının sınmaz və məğlubedilməz iradəsi ilə 7 iyul 2021 – ci il tarixində bu 98 illik ədalətsizliyə son qoyaraq Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etdi onun yerinə Şərqi Zəngəzur və Qarabağ İqtisadi zonası yaratdı.Bu torpağa ömür qıyan, Bizdən əvvəl daş olubdur.
Baxıb vətənin daşına, İnsan vətəndaş olubdur (Adil Cəmil)
Son illər ərzində Azərbaycan Respubublikasının Prezidenti İlham Əliyev cənabları dövlətin prioritet proqramlarından olan Regionların Sossial İqtisadi İnkişafının icrası ilə bağlı məsələləri bir rəhbər , elini obasını xalqını sevən, gecə-gündüz vətənini düşünən əsil vətəndaş kimi şəxsən özü yerində yoxlayır. Cənab prezidentin bölgələrə tez-tez səfərləri, təməlqoyma və açılış mərasimlərində iştirak etməsi, görülən işlərə bir-başa nəzarəti onu göstərir ki, o, dayanmadan, usanmadan uzaqgörən siyasəti, prinsipial və müdrik addımları ilə bir memar kimi daşı-daş üstünə qaldıraraq ölkəsini və onun vətəndaşlarını sağlam, xoşbəxt və təhlükəsiz gələcəyə aparır.Səfəri çərçivəsində prezident Daşkəsən, Goranboy rayonlarında və Naftalan şəhərində yolların, içməli su xətlərinin, xəstəxanaların, sosial obyektlərin açılışın edib, təməlqoyma mərasimlərində iştirak etdi.30 min hektar ərazini sulayan, uzunluğu 30 kilometrə yaxın olan Şəmkir su kanalının çəkilməsi onu da göstərir ki, ölkə başçısı kənd təsərrüfatının inkşafı üçün də, böyük işlər görür.Buna paralel olaraq, prezidentin bu səfəri, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı kimi Ermənisitan Respublikası ilə 8 kilometr sərhədi olan, Daşkəsən rayonundan önəmli mesajlar verdiyi, tarixə yazılacaq çıxışı ilə yadda qaldı.Cənab prezident oradan, xain və mənfur erməni “qonşularımıza” 10 noyabr bəyannaməsində qeyd olunanları bir daha xatrlatdı, onların Qarabağ haqqında danışmasının yersiz olduğunu qeyd etdi, Qarabağın “status”un yerinin harada olduğunu (cəhənnəmdə) və onun əbədi həmən yerdə (yana-yana) qalacağını təbəssüm edərək bildirdi.
“Biz hər şeyi görürük. Xankəndinidə, Dəhlizidə!”
Bu sözləri deyən cənab prezident Xankəndində yaşayan ermənilərin sayının deyilən rəqəmlərdən az olduğunu bildirdi. Bunun müxtəlif texniki vasitələrlə və peykimizlə hər zaman izləndiyini, onların necə hərək etdiyini, maşınlarının sayını, Laçın dəhlizindən keçən, üzərinə saxta erməni nömrələri yapışdırılmış nəqliyyat vasitələrinin monitorinqinin aparıldığını qeyd etdi. Onu da bildirdi ki, Laçın dəhlizinə (Azərbaycana) daxil olanların sayı çıxanların sayından azdır, yəni ermənilər Xankəndini tərk edirlər.
“Mən bu sözləri demişəm, yenədə deyirəm: Dağlıq Qarabağ yoxdur, statusda yoxdur!”
Dövlət başçısı, bir daha Dağlıq Qarabağ və statusunun olmadığını qəti bildirdi və onun yerində Şərqi Zəgəzurun olduğunu qeyd edərək, Qərbi Zəngəzurun da, Azərbaycanın tarixi torpağı olduğunu, oranı geri qaytaracağımızı və ermənilər üçün bunu nəqədər tez dərk etsələr bir o qədər də, yaxşı olacağını bildirdi.
Mürsəl Mürsəlov
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru
sia.az