PDF Oxu

Siyasət

  • 3 796

Erməni lobbisinin dəmtutanları... ŞƏRH

Erməni lobbisinin dəmtutanları... ŞƏRH

Yaxud Qərbin böhtan tribunasının “milli ayaq”ları olan Vidadi İskəndərli kimilər dişi çıxarılmış ilandırlar, dişləyə bilməsələr də, hürmək qabiliyyətinə malikdirlər

Ölməz “Don Kixot” əsəri ilə məşhurlaşmış ispan yazıçısı Migel de Servantes yazırdı ki, xəyanət, bəlkə kiməsə xoş gələ bilər, amma xəyanətkarlara hamı nifrət edir. Bəli, bu gün ürəyində Azərbaycan sevgisi olan hər bir vətəndaşımız Arif Məmmədov, Sevinc Osmanqızı, Vidadi İsgəndərli və digərlərinin satqınlığının şahidi olur. Bu satqınların son günlərdə səsləndirdikləri sərsəm fikirlər bir daha sübut edir ki, onlar Azərbaycanı sevməyən ermənipərəst dairələrin tapşırıqlarını yerinə yetirirlər. Ancaq elin gözü tərəzidir, dünənki dələduzların meydana çıxıb özlərini vətənpərvər kimi xalqa sırımağa çalışmalarının heç bir faydası yoxdur. Xalq erməni dəyirmanına su tökən bu satqınların kim olduqlarını çox gözəl bilir.İşğalçı Ermənistanın məkrli siyasəti hamıya məlumdur. Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan rəsmi İrəvan beynəlxalq qanunlara hörmətsizlik nümayiş etdirir və işğal siyasətindən diqqəti yayındırmaq məqsədilə müxtəlif vaxtlarda təxribatlara əl atır. İyulun 12-də Ermənistanın Tovuz istiqamətində Azərbaycana qarşı həyata keçirdiyi son təxribatı da buna misal göstərmək olar. İstər daxili, istərsə xarici siyasətdə acınacaqlı vəziyyətə düşən rəsmi İrəvanın çıxış yolu kimi Azərbaycanla dövlət sərhədində təxribata əl atması heç kimə sirr deyil.
Vətəni xaricdə “gözəl həyata” dəyişən xəyanətkərlar...
Ermənistanın yalanlarını dəstəkləyən və gərginliyin artmasında həyasızcasına Azərbaycanı ittiham edən üzdəniraq milli satqınların son fikirləri, əlbəttə ki, böyük hiddət doğurmaya bilməz. Hər bir azərbaycanlının Ermənistanın təcavüzünə qarşı mübarizə apardığı bir zamanda Arif Məmmədov, Sevinc Osmanqızı, Vidadi İsgəndərli və digər satqın viruslar əslində, Vətəni xaricdə “gözəl həyata” dəyişən adi xəyanətkərlardır. Bəli, satqın və xəyanətkar! Bu satqın və xəyanətkarlardır ki, baş nazir Nikol Paşinyana qarşı amansız mübarizə aparan erməni blogerlər və xaricdə yaşayan siyasi mühacirlər Ermənistana qarşı hər hansı bir tənqidi fikirlər səsləndirmədikləri halda Arif Məmmədov, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Qənimət Zahid, Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Leyla Yunus, Xədicə İsmayıl və bu kimi satqın, əxlaqsız viruslar sosial şəbəkələrdə Azərbaycanı bu təxribatda qınayır. Bütün bu hərəkətlər bir daha təsdiqləyir ki, belə satqın adamların ermənipərəst qüvvələrə bağlılıqları var və Azərbaycana düşmən olan dairələr tərəfindən maliyyələşirlər.Satqının Vətəni olmur, ona Vətən yox, ancaq öz mədəsi, şəxsi maraqları düşündürür. Ermənilərin həmişə qonşularına və ağalarına xəyanətkarlıqları, hətta onlara həmişə yaxşılıq edənlərə qarşı satqınlıqları tarix üçün yeni faktlar deyil. Ancaq adlarını çəkdiyimiz satqınlar da milli xəyanətin tarixçəsini yazırlar. Elə bir tarixçəni ki, onlara yalnız üzqaralığı gətirəcək.
Araz Əlizadə: “Hər biri dişi çıxarılmış ilandırlar, dişləyə bilməsələr də, hürmək qabiliyyətinə malikdirlər”
ASDP sədri Araz Əlizadə “siyasi mühacirlər”lə bağlı bildirib ki, ortaya qoymadıqları nə qalıb ki, təhqir də etməyəsən: “Əminliklə deyə bilərəm ki, sosial şəbəkələrdə təhqiramiz ifadələrlə çıxış edən Vidadi İsgəndərli, Qurban Məmmədov, Orduxan Teymurxan, Sevinc Osmanqızı, Leyla Yunus və bu kimi əxlaqsızlar ortaya qoymadıqları nə qalıb ki, təhqir də etməyəsən. Görünür, bu alçaqlara laşlar az verildiyi üçün mənəviyyatsız və əxlaqsız mövqelərini ortaya qoyublar. Soruşa bilərsiniz ki, "laş" nədir? İtə verilən sıyığa laş deyirlər: "Vidadi İsgəndərli elə bilirdi ki, ömrü boyu prokurorluqda işləyib rüşvət alacaq. Q.Məmmədov da elə bilirdi ki, böyük xidmətləri olub, ona yağlı əpbəy verəcəklər. Yəni bunların hamısı pul davası aparırlar. Bir sözlə, bunları nə Azərbaycan xalqı, nə öz valideynləri, nə də ki, azərbaycanlı uşaqların gələcəyi kimi məsələlərin heç biri maraqlandırmır. "Siyasi mühacirlər"in ataları da, anaları da, arvadları da, uşaqları da puldur. Bunlar pula görə hər şeyi satarlar. Əslində, onları ermənilərlə eyniləşdirmək erməniləri təhqir etmək deməkdir. Çünki onlar ermənidən də pisdirlər. Hər biri dişi çıxarılmış ilandırlar, dişləyə bilməsələr də, hürmək qabiliyyətinə malikdirlər, onlara insan demək mümkünsüzdür. Və erməni itinin yalağında yalağlananlar bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlanmır”.
Ermənidən betər erməni olanlar...
Və Azərbaycanın uğurlu inkişafından qıcıqlanan erməni lobbisinin maliyyələşdirdiyi bu əxlaqsız və satqınlar - Emin Milli, Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir, Vidadi İskəndərli, Sevinc Osmanqızı, Leyla Yunus kimi ünsürlər həyasızcasına çirkin əməllərindən hələ də əl çəkmirlər. Ancaq bu, real faktordur ki, gec-tez haqqı tapdalayanların aqibəti erməni köpəklərini gözləyən taleyi yaşayacaqlar. Bu gün danışığını, fikrini cəmləşdirə bilməyən və özünü «hüquq müdafiəçisi» adlandıran Vidadi İskəndərli kimi bədbəxt və rəzillər sosial şəbəkələrdən «mitinq etməyin vaxtıdır», «Azərbaycanda hakimiyyət devrilməlidir» çağırışlar etməklə bir daha əxlaqsızlığını, mənəviyyatsızlığını, tərbiyəsizliyini nümayiş etdirir. Çünki heç bir halda sabah hansı addımları atacaqları barədə məlumatları belə yoxdur. Bu əxlaqsız və tərbiyəsizlər idarə olunanlardır. Və anlamırlar ki, o xəyalların üstünü artıq çoxdan toz basıb. Bir də haqq nazilər, amma üzülməz. Əgər bu gün dünya ictimaiyyətinin ermənilərin törətdikləri Xocalı soyqırımını pislədiyi indiki bir vaxtda Vidadi İskəndərli, Teymurxan Orduxan, Sevinc Osmanqızı, Leyla Yunus kimi erməni qulbeçələri Avropada ermənilərə dəstək olmaları göstərir ki, onların Azərbaycan hakimiyyətinə qarşı apardığı riyakar mübarizədə milli mənafeyə xidmət edən heç nə yoxdur. Diqqət edin: ermənilərin işğal etdikləri ərazilərimizdəki tarixi abidələrimizi, azərbaycanlıların uyuduqları qəbiristanlıqları dağıtmasını bütün dünya, hətta UNESCO və İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar pislədiyi və bunu vandalizm adlandırdığı halda bu erməni xislətli əxlaqsızlavr iddia edir ki, ermənilər bizim qəbirstanlıqlarımızı dağıtmayıblar. Və Emin Milli, Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir, Vidadi İskəndərli, Sevinc Osmanqızı, Leyla Yunus kimi ünsürlər ermənidən də pisdirlər. Hər biri dişi çıxarılmış ilandırlar, dişləyə bilməsələr də, hürmək qabiliyyətinə malikdirlər, onlara insan demək mümkünsüzdür. Və erməni itinin yalağında yalağlananlar bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlanmır”.Bir sözlə, əlbəttə ki, belələrinə haqq qazandırmaq üçün gərəkdir ki, vicdanın tam susmuş olsun. Ancaq vicdanın susduğu yerdə isə şeytan at oynadar və bu faktdan sonra Avropada oturan bu əxlaqsızların ermənidən artıq erməni olması artıq şübhə doğurmur.

sia.az

Digər xəbərlər