Prezident İlham Əliyev X.Z.İbrahimin Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın dövlət başçısının rəsmi saytına istinadən xəbərinə görə, Sərəncamla Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.