"Şərəfim var" fraksiyasının üzvü Anna Mkrtçyan bu gün parlamentin iclasında parlament sədrinin müavini vəzifəsinə irəli sürülən Ruben Rubinyanın Türkiyədə yaşadığını və fəaliyyət göstərdiyini söyləyib.
Əlavə edib ki, Rubinyan bilərəkdən bu barədə heç bir məlumat verməyib.
"Parlamentin sədr müavini vəzifəsinə seçilən Ruben Rubinyan "Omega" təxəllüsülü Türk agentidir. Türk agenti parlament sədrinin müavini vəzifəsinə necə irəli sürə bilər", deyə Anna Mkrtçyan deyib.
Ruben Rubinyan isə ittihamlara cavab olaraq bildirib ki, 2017-ci ildə erməni jurnalist Hrant Dinkin öldürülməsi ilə bağlı araşdırmalarda iştirakı səbəbindən bir neçə ay Türkiyədə qalıb və bunu heç vaxt gizlətməyib.