PDF Oxu

Siyasət

  • 3 575

Ermənistanın təxribatına qarşı "Qafqaz qartalı"

Ermənistanın təxribatına qarşı "Qafqaz qartalı"

Türkiyənin iqtidaryönlü "Türkie" qəzeti xəbər verir ki, Ankarada Türkiyə, Gürcüstan, Azərbaycanın (O cümlədən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu) iştirakı ilə hərbi təlimlərə start verilib. SİA xəbər verir ki, Ukrayna "Qafqaz qartalı" adlı təlimlərdə müşahidəçi qismində iştirak edir.Rəsmi İrəvanın yeni təxribatlara əl atdığı və Azərbaycanın sərhəd bölgələrindəki mövqelərinə yeni hücumlar etdiyi bir vaxtda Türkiyənin baş tutan bu təlimlərlə yenidən Azərbaycanı dəstəklədiyi vurğulanır.Təlimin dost ölkələrin xüsusi təyinatlıları arasında əməkdaşlığı və koordinasiyanı yaxşılaşdırmaq, bilik və təcrübə mübadiləsi, əməliyyat qarşılıqlı təsirini artırmaq, xüsusi əməliyyatlar və ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədi daşıdığı bildirilir.

sia.az

Digər xəbərlər