PDF Oxu

Siyasət

  • 3 272

Əli Kərimli artıq Azərbaycanın keçmişidir ANALİTİK+ŞƏRH

Əli Kərimli artıq Azərbaycanın keçmişidir ANALİTİK+ŞƏRH

Qüdrət Həsənquliyev: “Əvvəl dedi parlamentə getmirəm və bu barədə xalqın gözü qarşısında sənəd imzaladı, sonra görəndə ki, çevriliş ehtimalı yoxdur, qaçıb oturdu parlamentdə”
AXCP sədri Əli Kərimlinin yenidən qarşılaşdığı istefalar dalğasına görə partiyasını tərk edənləri ittiham edir, onları “xəyanətkar” adlandırır, sosial şəbəkələrdəki trolları vasitəsi ilə təhqir obyektlərinə çevirir. Maraqlıdır ki, bu şəxs hazırkı dövrə qədər uğradığı bütün uğursuzluqlarına görə yalnız kənarları ətrafları suçlayıb və bir dəfə də olsun özündə günah axtarmayıb, ya da bu etirafları etməyib. Məhz bu səbəbdən onun ayağısürüşkən, süni pafosçu və hay-küyçü olması barədə dəfələrlə danışılıb, yazılıb. Lakin bu kimi haqlı iradlardan da nəticə çıxarmağı bacarmayan Əli Kərimli iqtidara qarşı aqressiyasını daha da artırmaqla daxilindəki hərc-mərclik maraqlarını daha qabarıq fonda sərgiləyib. O da əbəs deyil ki, illər əvvəl onunla eyni cinahda yer alan siyasətçilər artıq kənardadırlar və çoxları özlərinə siyasi təşkilat təsis edərək, onlara rəhbərlik edirlər. Həmin şəxslərdən biri də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevdir. O, Əli Kərimlinin mövcud vəziyyətini şizofreniya ilə əlaqələndirib və digər münasibətlərini şərh edib.
“O, ABŞ səfirinin tapşırığı ilə elan olunmuş mitinqi təxirə saldı və hamı əmin oldu ki, Əli Kərimli kənardan idarə olunur”
“Şizofreniyanın birinci əlaməti özünütənqid hissinin itməsidir. Elçibəyin dünyasını dəyişməsi ərəfəsində AXCP-nin İdarə Heyətinin 19 üzvündən biri belə onun yanında qalmadı. Hər kəs kiçik bir araşdırma aparıb buna əmin ola bilər”. SİA xəbər verir ki, Qüdrət Həsənquliyev AXCP sədri Əli Kərimlinin onun yanını tərk edənləri, istefaya gedənləri “xəyanətkar” adlandırmasına münasibətini açıqlayarkən deyib.Müxalifətçi deputatın sözlərinə görə, hələ 2001-ci ilin aprelində Qarabağa dair Ki Uest (Key West) şəhərində, Florida ştatında, ABŞ-da aparılan danışıqlar zamanı o ABŞ səfirinin tapşırığı ilə elan olunmuş mitinqi təxirə saldı və hamı əmin oldu ki, Əli Kərimli kənardan idarə olunur: “İkincisi, zamanla hamı əmin oldu ki, dil-dil ötən bu adamın güclü siyasətçilərə xas olan dərin strateji düşüncəsi yoxdur və reallıq hissini itirib. 2000-ci ilin parlament seçkiləri bunun bariz nümunəsi oldu. Əvvəl dedi parlamentə getmirəm və bu barədə xalqın gözü qarşısında sənəd imzaladı, sonra görəndə ki, çevriliş ehtimalı yoxdur, qaçıb oturdu parlamentdə. O, ən etibarlı adamı, daima Rusiya və İran əleyhinə yazılar yazan Qənimət Zahidi İran və Rusiyaya göndərəndə isə bəlli oldu bu adamın heç bir aydın siyasi xətti yoxdur, hakimiyyətə gəlmək üçün hər kəslə əməkdaşlığa və ölkənin maraqlarını hər an satmağa hazırdır”.
“Zamanında onu yersiz radikallıqdan çəkindirmək üçün deyirdim ki, cəmiyyətimizdəki bütün problemləri iqtidara bağlamaq düzgün deyil”
BAXCP sədri vaxtilə Əli Kərimliyə tövsiyələr verdiyini, lakin onun həmin tövsiyələri rədd etdiyini, radikalçılıq, dağıdıcılıq prinsiplərindən kənara çıxmayacağı barədə fikirlərini də xatırladıb. “Zamanında onu yersiz radikallıqdan çəkindirmək üçün deyirdim ki, cəmiyyətimizdəki bütün problemləri iqtidara bağlamaq düzgün deyil, böyük dəyişikliklərə xalq hazır olmalıdır. Azsaylı tərəfdarlarımızı iqtidarla qarşıdurmaya çəkib məhrumiyyətlərlə üz-üzə qoymaq qəhrəmanlıq deyil”, Qüdrət Həsənquliyev bildirib və radikallığın heç vaxt siyasi cəhətdən səmərə verməyəcəyi qənaətində olduğunu, əksinə, hakimiyyətlə işbirliyi qurmaqla uğur qazana bilinəcəyini deyib: “Radikallıqdan imtina edib, iqtidarla əməkdaşlıq yolu ilə cəmiyyətin inkişafına töhfə vermək lazımdır. İndi, iyirmi ildən sonra deyir ki, dəyişikliklər xalqdan asılıdır. İqtidarın imtina etdiyi, imkanları ilə iddiası üst-üstə düşməyən bu dayaz təfəkkürlü və sürüşkən siyasi mövqeli adam hazırda ondan imtina edənləri aşağılayır, özündən qəhrəman düzəltmək istəyir”.BAXCP sədri AXCP sədrinin gəncləri öz toruna salaraq həyatlarını zəhərlədiyini də xatırladaraq, həmin gənclərə səslənib və doğru yola tərəf istiqamət almalarına səsləyib: “Gənc nəsil sonradan böyük məyusluq yaşamamaq, ölkəmizə problemlər yaratmamaq üçün populist çıxışların ardınca getməməli, həmin çıxışların müəlliflərinin kimliyini xalq hərəkatının tarixini və müstəqillik tariximizi həm yazılanlardan, həm canlı şahidlərlə söhbət etməklə diqqətlə öyrənməli, sonra seçim edib, qərar verməlidir. Əli Kərimli artıq Azərbaycanın keçmişidir”.

sia.az

Digər xəbərlər