PDF Oxu

Siyasət

  • 3 705

"Azərbaycan Silahlı Qüvvələri əgər sərhədi keçərsə,..." DEPUTAT AÇIQLADI

"Azərbaycan Silahlı Qüvvələri əgər sərhədi keçərsə,..." DEPUTAT AÇIQLADI

"Ermənistanın müdafiə naziri Arşak Karapetyan Azərbaycan əsgərlərinin Ermənistan sərhədlərini keçəcəyi təqdirdə məhv edilməsi ilə bağlı əmr imzalayıb. Eyni zamanda, qeyd olunur ki, buna imkan verən erməni hərbciləri də çox sərt cəzalandırılacaq. Nə baş verir? Ermənistan müdafiə naziri niyə belə əmr imzalayıb və bu əmrin arxasında hansı niyyətlər dayanır? Bu məsələni təhlil etdikdə birinci onu söyləmək istərdik ki, əvvəla qalib, müzəffər Azərbaycan Orducunun Ermənistan sərhədini keçmək niyyəti yoxdur. Bizim qarşımızda belə bir strateji məqsəd dayanmır. Əgər bunu etsəydik, keçən ilin məlum Tovuz hadisələri zamanı edərdik. Bunu elə 44 günlük Vətən müharibəsi dövründə reallaşdıra bilərdik. Sadəcə bizim qarşımızda belə hədəf dayanmır. Bizim hər hansı ölkənin sərhədini keçmək niyyətimiz yoxdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.Onun sözlərinə görə, ikincisi, artıq bu əmrin özündən bəlli olur ki, Ermənistan müdafiə naziri təlaşdadır, həyacandadır, gərginlik içərisindədir: "Hesab edir ki, Azərbaycan Silahlı Qüvvələri əgər sərhədi keçərsə, Ermənistanın silahlı qüvvələrinin müqavimət potensialı çox aşağıdır, hətta onlar müqavimət göstərməyə bilərlər. Bu halda çıxış yolu kimi erməni əsgərlərinin çox sərt cəzalandırılacağı ilə bağlı əmr imzalayır. Bu gün Ermənistan müdafiə naziri etiraf etmiş olur ki, ordusunda vəziyyət bərbad vəziyyətdədir. Yəni, 10 mindən çox fərarisi olan bir ordudan əslində başqa bir şey gözləməyin də mənası yoxdur. Bu hadisə onu bir daha göstərdi ki, Ermənistanda hakimiyyət yenə də populist mövqe tutmaqda davam edir, gündəmdə məhz bu cür bəyanatlar və əmrlərlə qalmaq istəyir. Reallıqlar isə başqadır".Deputat sözlərinə belə davam edib: "Azərbaycan Ordusu tarixi missiyasını Ali Baş Komandanımızın rəhbərliyi ilə həyata keçirib və bu gün də torpaqlarımızı, ərazi bütövlüyümüzü qorumaqda davam edir. Eyni zamanda, bütün ərazilərimizdə Azərbaycan bayrağının dalğalanması üçün lazımı addımları atır. Çox yaxın perspektivdə hansı ərazimizdə Azərbaycan bayrağı dalğalanmırsa, biz ona da şahidlik edəcəyik. Ortada ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, Azərbaycan xalqının cənab Prezidenti birmənalı dəstəkləməsi var. Təbii ki, bütün bu reallıqlar fonunda Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı göz önündədir. Bütün bu reallıqlar nəticə etibarilə qarşımızda dayanan bütün hədəflərə çatmağımız üçün münbit şəraiti təmin edir. Ermənistanın müdafiə nazirinin məlum bəyanatı sərsəm, axmaq düşüncəsinin məhsuludur".

sia.az

Digər xəbərlər