“Onlar bizdən soruşurlar ki, Qarabağdansınız? Biz deyirik ki, hə və bizə rədd cavabı verirlər”
İrəvan erməniləri ilə Qarabağ ermənilər arasında mövcud olan çoxillik münaqişə hətta 44 günlük müharibə zamanı, eləcə də hazırkı vaxtda da bitmir. Bu klanlar arasındakı dərin çökəklik isə sübut edir ki, sözügedən vəziyyət hər zaman və davamlı olaraq qalacaq. Hətta erməni təbliğat maşının erməniçiliyin bütün qollarını (hayastanlılar və qarabağlılar – spryuk) vahid, monolit olaraq göstərməyə çalışsalar da, “vahid ermənimilik ideologiyası” nağıllarını daşınsalar da real həyat bunun tam əksini göstərir, bu iddiaların belə olmadığını yaşanan qarşıdurma hadisələri ilə sübut edir. Təkcə bugünlərdə İrəvan yataqxanasında baş verən bir hadisənin təhlilini apararsaq, digər maraqlı məqamları da üzə çıxarmış olarıq.Beləliklə, bu ilin fevral ayından İrəvan yataqxanalarına yerləşdirilmiş bir qrup Qarabağ ermənisi indi oradan çıxarılırlar. Onlar qarşısında tələb qoyulub ki, bir gün ərzində yaşadıqları yerləri tərk etsinlər. Səbəb isə çox ilgincdir – Hindistandan olan tələbələr İrəvana gəlirlər və onlar yataqxana xərclərini artıqlaması ilə ödəyirlər.
“Bizi elementar olaraq Ermənistandan sıxışdırıb-çıxarırlar”
Jurnalistlərlə söhbətlərində bu məsələni danışan Qarabağ erməniləri İrəvan ermənilərinin onlara qarşı aşırı neqativliklə davrandıqlarını bildiriblər. Daha dəqiq desək, yataqxananı tərk etmələri üçün kirayə mənzil və iş axtarışlarına çıxanlar irəvanlı ermənilərdən birmənalı rədd cavabları alırlar. “Onlar bizdən soruşurlar ki, Qarabağdansınız? Biz deyirik ki, hə və bizə rədd cavabı verirlər. Bu nə münasibətdir? Bizi elementar olaraq Ermənistandan sıxışdırıb-çıxarırlar. Heç olmasa qaçqın statusu versinlər ki, biz də xaricə getmək imkanını əldə edək”, deyə Qarabağlı erməni sakin bildirir.Ancaq bunun digər tərəfi də var – yəni bu qarabağlı ermənilər üçün Allahın karmasıdır. 1988-ci ildə Qarabağda separatçı hərəkat başlayarkən məhz həmin qarabağlı ermənilər azərbaycanlıları öz doğma yurd-yuvalarından qovdular, öldürdülər, qətlə yetirdilər. İndi həmin o “miatsumun” əvəzi artıqlaması ilə ödənilməkdədir.O da əbəs deyil ki, zaman-zaman ermənilərin istər Qarabağda, istərsə də Bakıda əla səviyyədə yaşamaları barədə fikirlər səsləndirilir. Lakin bütün bunlar ermənilər üçün az hesab olundu. Ermənistandakı daşnak emissarlarının separatçı, terrorçu xislətlərinin tələlərinə düşən, vədlərinə uyanlara indi “sizə bu da azdır” deməyin tam yeridir.
2020-ci ili payızına qədər işğal altında qalmış Qarabağda ermənilərin sayı 1988-ci illə müqasiyəsdə iki dəfə (!) azalıb
Xankəndidə yaşanan su qıtlığı problemindən başlayaraq sosial problemlərə qədər bütün böhranlı vəziyyətlərə görə məhz işğal faktoru dayanır. Qeyd edək ki, Ermənistanı üst-üstə iki Qarabağ klanının mənsubları – Koçaryan və Sarqsyan idarə ediblər və bu idarəçiliklər vaxtında da qondarma “dqr”də heç bir irəliləyiş müşahidə olunmadı. Ümumiyyətlə, həm onda, həm də indi qarabağlı ermənilər öz günahlarının altını artıqlaması ilə çəkirlər, bundan o tərəfə isə daha pis olacaq.
Yalnız Azərbaycanın hüquqi çərçivəsinə daxil olmaqla onların xilaslarının mümkünlüyü reallaşa bilər. Hələ ki, vaxtları var. Əbəs deyil ki, 2020-ci ili payızına qədər işğal altında qalmış Qarabağda ermənilərin sayı 1988-ci illə müqasiyəsdə iki dəfə (!) azalıb və minimuma enib.Beləliklə, “miatsum” adı altında “ana Ermənistana” sığınan qarabağlılar indi İrəvanda qapazaltına çevrilirlər, üstəlik getdikləri yerlərdə “beşinci nöqtələrindən” təpik zərbəsi də alaraq qovulurlar. “Arsax” adlı xam xəyalları isə sabun köpüyü kimi partlayıb və qeyb olub. Yuxarıda da dediyimiz kimi, bu karmadır? Əlbəttə ki, belədir!
sia.az