SİA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.
Səfir bildirib ki, Türkiyədə yanğın başlayanda ilk dəqiqələrdən Azərbaycan öz dəstəyini göstərdi, yardımlarını göndərdi. Azərbaycanlı yanğınsöndürənlər əllərindən gələnləri edirlər:
"Bu gün Türkiyə bayrağı da dəstək məqsədilə Heydər Əliyev Mərkəzində dalğalandırılmaqdadır. Bu da öz növbəsində, Azərbaycanın növbəti dəstəyidir. Bu dəstəyə görə bütün qardaşlarımıza təşəkkür edirəm".








