Xarici ekspertlərin fikirləri müxtəlifdir
Məlum olduğu kimi, bugünlərdə Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiyadan olan həmkarı Sergey Şoyqunun dəvəti ilə Moskvaya işgüzar səfər edib. Qeyd edək ki, bu Karapetyanın Ermənistan respublikasının müdafiə naziri ranqında ilk xarici səfəridir.Lakin səfər əsnasında bir çoxlarını bu sual düşündürürdü – onun Rusiyaya səfərinin əsas məqsədi nədən ibarət olub? SİA xəbər verir ki, mövzu ilə bağlı rusdilli caliber analitik informasiya mərkəzinə Rusiyanın Qafqaz üzrə eksperti Konstantin Tasits və tarix elmləri namizədi, Qırğızıstanın Prudent Solutions analitik mərkəzinin direktoru Esen Usubaliyev danışıblar.
Konstantin Tasits - Rusiya sabitliyin, mövcud problemin siyasi-diplomatik həll olnmasının tərəfdarıdır və praktiki xarakterli ölçüləri müzakirə edir
Tasitsin sözlərinə görə, Rusiya və Ermənistan hərbçiləri arasında görüşlər mütəmadi olaraq keçirilir, belə ki, Rusiya və Ermənistan hərbi-siyasi müttəfiqdirlər və birgə şəkildə KTMT-də təmsil olunurlar:- Arşak Karapetyan bu yaxınlarda müdafiə naziri vəzifəsinə təyin olunub və görünür tərəflər “saatlarını yoxlamaq” qərarına gəliblər, həmçinin regiondakı situasiyanı müzakirə edərək ikitərəfli əməkdaşlıq məsələləri barədə danışmaq istəyiblər. Bundan əlavə, rəsmi informasiyalara görə, görüşdə davamlı olaraq silahlı insidentlərin baş verdiyi Ermənistan-Azərbaycan sərhədyanı ərazilərindəki vəziyyət müzakirə olunub. Rusiya sabitliyin, mövcud problemin siyasi-diplomatik həll olnmasının tərəfdarıdır və praktiki xarakterli ölçüləri müzakirə edir ki, bu da Bakı ilə İrəvan arasındakı gərginliyin azadılmasına imkan verə bilər.
Esen Usubaliyev - İrəvan Moskvanı Azərbaycan-Ermənistan-Türkiyə üçbucağında uzunmüddətli qarşıdurmaya cəlb etməyə çalışır
Tarix elmləri namizədi, Qırğızıstanın Prudent Solutions analitik mərkəzinin direktoru Esen Usubaliyev isə bildirib ki, Ermənistanın Azərbaycanla uzunmüddətli sülh sazişinə imza atmamaqda inadkarlıq göstərməsi məqsədyönlü fəaliyyətdir və ümumilikdə Cənubi Qafqaz məkanında sülhün bərqərar olması prosesini uzadır:-Ermənistanın Azərbaycanla sərhədlərin demarkasiyanı və delimitasiyası prosesindən imtinası, həmçinin, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını əks etdirən sülh sazişini rədd etməsi birbaşa məqsədli şəkil daşımaqdadır.Həmçinin, İrəvan üçün Rusiyanın yalnız bu məsələyə dəstəyi kifayət etmir, o Moskvanı Azərbaycan-Ermənistan-Türkiyə üçbucağında uzunmüddətli qarşıdurmaya cəlb etməyə çalışır.Əsasən, Paşinyanın rus sərhədçilərini Azərbaycanla sərhəd ərazilərinə yerləşdirilmələri ilə bağlı çoxsaylı xahişlər etməsi Ermənistanın hərbi-siyasi vəziyyətdə təhlükəsizlik zəmanət almaq maraqlarını ortaya qoyur. Bu yanaşma erməni tərəfinin təxribatlar törədəciyini istisna etmir və bu da tez-tez yaşanır. Nəticədə həm Rusiya, həm də Azərbaycan sərhədçiləri atəş altında qalırlar. Bu isə İrəvanın planıdır. Prinsipcə standart erməni taktikasıdır.Ermənistanın müdafiə nazirinin Moskvaya səfərinin məqsədlərindən biri də Rusiya ilə silahlanmanın modernləşdirilməsi, erməni ordusunun yenilənməsidir. Buna səbəb isə “regionda türk təhlükəsinin artması” kimi bəhanələr dayanır.Ümid edirəm ki, Rusiya rəhbərliyi bunu sözsüz ki, anlayır və Yaxın, Uzaq Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarındakı rus-türk dialoqlarına mənfi təsirlərini göstərməyəcək.
sia.az