“Sərhəddə baş verən erməni təxribatları 10 noyabr sazişinə hörmətsizlikdir və beynəlxalq hüququ heçə almaqdır. Bunların nazı ilə çox oynanılıb. Ermənilər BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyiblər, Azərbaycan onları məcbur etdi və ərazi bütövlüyümüz bərpa olundu”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, ermənilər və onlara havadarlıq edənlər ağıllarını başlarına yığmalıdırlar: “30 il arxayın olduqları Rusiya, Fransa, ABŞ nə oldu? Vətən müharibəsində rədd olub getdilər. İndi də Qarabağdan rədd olub gedəcəklər, “Zəngəzur dəhlizi” açılacaq, Qazağın 7 kəndi qayıdacaq. Ermənistan tərəfi bütün razılaşmaların vergülünə, nöqtəsinə qədər əməl etməlidir, əgər etməsələr, dəmir yumruq onların başının üzərindədir. Rusiya da imicini dəyişməlidir. Onsuz da erməniləri bura çar Rusiyası köçürüb. Ermənilərdə bura köçəndən azərbaycanlılara qarşı işğalçılıq, soyqırımı, terror, separatizm həyata keçiriblər. Ümumiyyətlə, Azərbaycanın qonşuları ilə normal münasibətləri var, o cümlədən Rusiya ilə”.
Hərbi ekspert bildirdi ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin Rusiyaya inamsızlığı var: “Rusiya normal münasibət göstərməlidir. Əgər onlar verdikləri vədi, imzaladıqları müqavilənin şərtlərinə əməl etməyəcəklər, burada nə gəzirlər. Artıq Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəlindəki Azərbaycan deyil. Bu gün Azərbaycanın gücü var, güclü ordusu var. Hər kəs Azərbaycan dövləti ilə hesablaşmalıdır. Azərbaycan bütün dövlətlərlə beynəlxalq hüquq normaları çərçivəsində, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq edir. Əgər Ermənistan bölgədə normal yaşamaq istəyirsə, bütün iddialarından əl çəkməlidir. Azərbaycana təzminat verib, terrorçuları təhvil verib, yaşamalıdır. Yox, əgər başqa fikirlərə düşsələr, Ermənistandan da rədd olub gedəcəklər. Çünki oralar da Azərbaycan torpaqlarıdır”.