Arif Hacılı Gültəkin Hacıbəyliyə hücumu niyə bəyəndi?
Nə müxalifətçi olmaq, nə hakim partiyada təmsil olunmaq ayıb deyil. Ayıb olan müxalifət olduğunu iddia edib, ona qarşı ciddi bir fikir söyləyə bilmədiyi halda “müxalifətə müxalifətçilik” etməkdir. Ayıb olan bir müxalifətçinin ölkənin uğurlarını görüb böhtanlar yazmaqla xalqı, dövləti təhqir etməklə yediyin qaba «tüpürmək»lə xalqın nifrətindən çıxa bilməməkdir. Nəinki xalqın, hətta adını «müxalifətçi» qoyanların təhqiri ilə üzləşməkdir. Necə ki, Kəramət Böyükçölün AXCP sədri Əli Kərimlinin “danışan dili” olan “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli haqqında təhqiramiz ifadələri Müsavat Partiyasının sədri Arif Hacılı bəyənib. Görəsən, Arif Hacılının belə bir addım atması nə ilə əlaqədardır? Bəlkə, Arif Hacılı bu yolla AXCP-yə, Əli Kərimliyə gözdağı verir? Yaxud, Arif Hacılı bu bəyənmə ilə Gültəkin Hacıbəylinin satqınlığına, xəyanətinə işarə edir? Yoxsa, Arif Hacılı bu seçimi ilə Müsavatın söyüşə, təhqirə dəstək verdiyini nümayiş etdirir? Hər halda yəqin ki, Arif Hacılı inanırıq ki, bu addımını əsaslandıracaq açıqlama ilə çıxış edəcək.
Gültəkin Hacıbəyli kimin "şinelindən"…
Bəzən baş verən hadisələrə münasibət bildirmirsən, «səbrli ol» -deyirsən. Ancaq bir də görürsən ki, dövlətinin, xalqının ünvanına elə bir sözlər, böhtanlar deyilir ki, bu yerdə sakit dayana bilmirsən. Və belələri böhtan atmaqla özlərini siyasətçi adlandırırlar. Bir müdrik kəlamda deyilir ki, “Hansı yana gedəcəyini bilmirsənsə, hansı yolla getməyinin heç bir əhəmiyyəti yoxdur”. Siyasətin çirkin iş olduğu haqqında da belə deyirlər ki, “əslində, siyasət çirkin deyil, onunla çirkin insanlar məşğul olanda çirkin olur”. Bu gün dağıdıcı müxalifət düşərgəsində AXCP sədri Əli Kərimlinin “danışan dili” olan “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin sosial şəbəkələrdəki həqiqətdən uzaq, şər-böhtan dolu çıxışlarını dinlədikcə həmin fikirlərin həqiqət olduğuna bir daha əmin oluruq. Əslində, hər addımda ikiüzlülüyü, riyakarlığı ilə tanınan, parlamentin üzvü olanda dövlətin imtiyazlarından gen-bol istifadə edərək tam komfort şəraitində yaşayanda nədənsə bu xanım tamamilə başqa cür danışırdı. G.Hacıbəylinin o zamanlar başda Ə.Kərimli olmaqla dağıdıcı müxalifət düşərgəsinin başbilənlərini yerdən-yerə vurmağını da heç kim unutmayıb. Ancaq elə ki, deputat seçilmədi, mandatdan məhrum oldu G.Hacıbəyli, hətta öz keçmiş həyat yoldaşının da etiraf etdiyi kimi, 180 dərəcə dəyişdi.
Xüsusilə də, son günlər sosial şəbəkələrdə “Milli Şuran”ın qeybətxana şousunda rəzil və mənəviyyatsız qadın olan Gültəkin Hacıbəyli haqqında nə qədər istəsən təhqiramiz sözlər deməyə haqlıdır. Çünki ölkənin hər uğuruna gölgə salmağa çalışan bu nankor və əxlaqsızlar bir şeyi unudurlar ki, hansı formada olursa-olsun, xalqının qayğısına qalan və ən ağır anlarda belə daima xalqının qayğısını çəkən Azərbaycan Prezidenti həmişə öz vətəndaşının yanındadır. Və ermənidən betər olan Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimilər ikiüzlü, satılıb, satan, mənliklərini ayaqlar altına atan erməni qulbeçələridir. Hər ikisinin xisləti nankorluq, satqınlıq olub. Və bu gün G.Hacıbəyli kimiləri tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıb. Ənənəvi əməllərini davam etdirmək üçün neyləməlidirlər? Böhtan, şər ataraq bu koronavirus əllərinə «göydəndüşmə» olduğundan «məharətlə yaralanmalıdırlar. Bu yerdə G.Hacıbəylinin keçmiş qayınanasının dediyi sözləri xatırlatmaq istərdim: «O, mənəvi dəyərlərini itirmiş əxlaqsız, sürüşkəndir….»
"Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə!"
Bəli, bunu da G.Hacıbəylinin keçmiş qayınanası deyir. Düz sözə nə deyəsən. G.Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədova 14 ay gəlin olduğu müddətində ona qarşı böyük haqsızlıqlar etdiyini bildirərək, indi də həmin yolu getdiyini bildirib: "Bu, o Gültəkindir ki, doğma əmisinə "torba" tikdi. Onun əmisi İdris Hacıyevin adına "Emil" MMC açdıraraq, rayonda 20 hektar ərazidə gips karxanasına yiyələnmişdi. Sonra qazancı bölüşdürə bilmədiklərindən, Gültəkinin təzyiqi ilə Göranboy rayon icra hakimiyyətinin məhkəmədə qaldırdığı iddia əsasında İdris Hacıyev "cəzalandırıldı", karxana əlindən alındı. Bundan sonra həmin ərazi Gültəkin Hacıyevanın atası Yunis Hacıyevin adına açılmış "Gülüstan" MMC-nin icarəsinə verildi. Doğmasına qarşı nankorluq, xəyanət edən Gültəkin xalqına da, Vətəninə də bu cür addımlar atar, necə ki, indi bu çirkin yoldadır. Gültəkin üçün müqəddəs heç nə yoxdur - nə Vətən, nə ailə, nə doğmaları. Onun məramı-məqsədi şəxsi mənafeləri üçün insanları şərləmək, kələk gəlmək və sair. O, mənəvi dəyərlərini itirmiş əxlaqsızdır. İkiüzlü, sürüşkən, xain, anormal G.Hacıbəyli elə Əli Kərimli, Cəmil Həsənli kimi satqınların, ikiüzlülərin yanında olar. Belələri ən ağır cəzaya məhkumdur".
Bax, simasız, satqın, əxlaqsız buna deyərlər. Doğrudan da, qadının rəzil olması bədbəxtçilikdir. Çamura batmış G.Hacıbəyli pula görə həya nə demək olduğunu belə anlamır. İndi də G.Hacıbəyli, guya xalqın "dərdinə yanır". Görünür, G.Hacıbəyli hələ çox havalanacaq, çünki o, Əli Kərimli kimi satqın şinelindən çıxmış rəzil, keçmiş qayınanasının dediyi kimi, əxlaqsız, satqın və cinayətkardır. Və ona görə də hamını satqın adlandırır. Bu yerdə kor-kora kor deməsə, doğrudan da bağrı çatlar. Bəlkə utanasan. Utanmağa üz olarsa. Sosial şəbəkələrin daimi kliyenti G.Hacıbəyli, dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olmadığını bir oturub düşünəsən? Adamın yazığı gəlir. Bunu anlaya bilməzsən. G.Hacıbəylinin keçmiş qayınanasının dediklərini eşidəndə bir daha bu qadının nə qədər mənəviyyatsız və satqın olduğunun şahidi olursan.
Beləliklə, sözümün canı ondadır ki, bu siyasətə qoşulan sosial şəbəkə quldurları heç əslində siyasətin nə demək olduğunu belə anlamırlar. Çünki yollarını azıblar. Elə yolunu azanın da təhqir olunması yerində və məqamındadır. Çünki belələri qudurub quduzlaşırlar. Nəticədə də nə cəmiyyət, nə də ictimai rəy belələrini qəbul etmir. Hətta “müxalifətçiyəm” deyənlər də. Çünki hər kəsə çox gözəl bəllidir ki, üzüdönüklərdən, yollarını azanlardan fərli adam olmaz...
Rəfiqə HÜSEYNOVA