PDF Oxu

Siyasət

  • 2 748

"Cənab İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti hesabına... " - DEPUTAT ŞƏRH ETDİ

"Cənab İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti hesabına... " - DEPUTAT ŞƏRH ETDİ

“Müharibə aparmaq üçün dövlətin hər şeydən öncə suveren iradə sahibi olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.


Onun sözlərinə görə, 44 günlük müharibədə Azərbaycan müstəqil siyasət kursuna malik olduğunu, kənar təsirlərin milli maraqları üstələyə bilməyəcəyini nümayiş etdirdi: “İkincisi, sirr deyil ki, müharibəyə qədər və müharibə dövründə xeyli sayda dövlət aşkar formada İrəvanın təcavüzkar siyasətini dəstəkləyirdi. Elə bir o qədər də beynəlxalq hüquq subyektləri işğal faktoruna göz yummaqla Ermənistana defakto həmrəylik nümayiş etdirirdi. Bütün bu qüvvələrin qarşısında dura bilmək üçün həmçinin siyasi liderdən ciddi qətiyyət tələb olunurdu ki, cənab Prezident İlham Əliyev bu ağırlığı tam mənada ortaya qoyaraq şər bloku neytrallaşdıra və Ermənistanın başını əzə bildi. Həmçinin, dünyada uzunmüddət antiAzərbaycan təbliğatı fonunda, bir çoxları bizim iqtisadi və hərbi imkanlarımızı lazımınca qiymətləndirmirdi və cənab Prezident İlham Əliyevin həm Ermənistanın gücü, həm də beynəlxalq şər blokun təzyiqi altında ilk imkanda mümkün şərtlərdən birini qəbul edərək dayanacağı təsəvvürləri möhkəmlənmişdi. Bu mənada, sərhəd suverenliyimizin bərpası və kapituliyasiya aktına qədər bir çox güc mərkəzləri də Azərbaycana münasibətdə belə yanlış təsəvvürlər əsasında hərəkət edirdilər.

Cənab İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti hesabına biz eyni zamanda bizə münasibətdə yanlış təsəvvürləri və bizə bizsiz biçilmiş rolu darmadağın edib müstəqil iradə sahibi və bölgənin güc mərkəzi olduğumuzu hər kəsi qəbul etməyə vadar etdik”.

Arzu Qurbanzadə

Digər xəbərlər