"Cənab Prezidentin açıqlamalarında maraqlı məqamlar çoxdur. Amma bax bu açıqlaması ki, Zəngəzur dəhlizini Avropa kifayət qədər dəstəkləyir. Bu informasiya olduqca əhəmiyyətlidir. Cənab Prezident həmçinin qeyd edib ki, bizim artıq 4 il bundan qabaq istifadəyə açdığımız Bakı-Tibilisi- Qars dəmir yolumuz var. Zəngəzur dəhlizindən açılan dəmir yolu isə ikinci istiqamətdə olacaq. Buradan həm Azərbaycan, həm Türkiyə, həm də İran istifadə edəcək. Ən önəmlisi də Naxçıvan Muxtar Respublikası ilə bizim birbaşa əlaqələrimiz açılacaq. Tək dəmir yolu yox, burada avtomobil magistral yolu da nəzərdə tutulur. Bunu da cənab Prezident vurğuladı. Yəni, gərək biz bunu da nəzərə alaq ki, vaxtilə Sovet dönəmində bu yollar açıq olduğundan respublikalararası gediş-gəliş var idi. İndi biz gərək həmin yolları təzədən bərpa edək. Həm də bu dəhlizin açılmasında 6 ölkə Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İran və hətta Ermənistan udur. Ancaq mən düşünürəm ki, bu dəmiryolu digər dəmiryolları ilə qoşulduqda bunun rahatlığını, qazancını, faydasını praktiki olaraq bütün Asiya ölkələri, həm də Avropa ölkələri görəcək. Ermənistanın özü üçün bunun çox böyük əhəmiyyəti var. Ermənistanın deblokirovkasında bu dəhliz böyük rol oynayacaq. Ona görə ki, cənab Prezident qeyd elədi ki, son 20 idir ki, Ermənistan və İran dəmiryolu çəkilməsini müzakirə edirlər. Amma bu layihə ən azı 3 milyard dollar investisiya tələb edir. Amma bu inandırıcı deyil. Çünki Ermənistanda pul yoxdur. İran da sanksiyalar altındadır. Belə olduqda tək Ermənistan üçün İran belə yol açası deyil". Bunları SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

İkinci çox maraqlı məqam ondan ibarətdir ki, cənab Prezident Rusiya rəhbərliyinə açıq mesaj yolladı ki, bizim gözləntilər ondan ibarətdir ki, 10 noyabr bəyanatının bütün müddəaları həyata keçirilməlidir deyən Rüfət Quliyev: "Ancaq burada elə məsələlər var ki, hələ də açıq qalıb. Rusiya Azərbaycanın həm yaxın qonşusudur, həm müttəfiqdir, həm də Ermənistanla kifayət qədər əlaqələri var. Rusiyanın bu regionda xüsusilə də Ermənistanda böyük rol oynadığını biz bilirik. Əgər Rusiya gələcəkdə də yenə ciddi formada səylərini göstərməlidir ki, Ermənistan o Sazişdə olan bütün müddəaları həyata keçirsin. Çünki bu regionda sülh üçün fundamental rol oynayır. O fikirlər ki var Rusiya Ermənistanı silahla təchiz edəcək, bu bizi narahat edir. Bu narahatçılıq faktorudur. Ona görə ki, son bir neçə ayda, əlaxüsus son 2 ayda biz gördük ki, Ermənistanda revanşist fikirlər üstün gəlir. Bu özünü sərhəd boyu atışmalar, Ermənistanın bizə qarşı terroristik addımlarında göstərir. Təbiidir ki, Azərbaycan ordusu tərəfindən hamısı dəf olunur. Provaksiyaların qabağı alınır və alınacaq. Cənab prezident belə bir təklif irəli sürdü ki, Rusiya tərəfi başa düşməlidir ki, Ermənistana silah vermək, satmaq barədə düşünməməlidir. Mən özüm belə hesab edirəm ki, Rusiyadan silah satın almağa Ermənistanın pulu yoxdur. Vermək deyəndə biz onu belə başa düşürük ki, nəyləsə barter edilib. Ermənistanda iqtisadi baxımdan Rusiya üçün maraqlı obyektlər də qalmayıb. Deməli rabitədir, dəmir yoludur, yollardır, METSAMOR Atom Elektrik stansiyasıdır və ən böyük obyektlər var ki hamısı rus şirkətlərinin əlindədir, yəni sahibləri rus şirkətləridir. Bunların hamısı o vaxtı verildi ki, Rusiya istər silahlarla, istər başqa mallarla Ermənistana kömək edirdi. Amma bu gün Ermənistanda nə isə satılası, alınası və ya girov qoyulası bir şey qalmayıb. Mən deyərdim ki, Ermənistan iqtisadiyyatının 60 faizi Rusiya şirkətlərinin əlindədir. Amma yenə də, cənab prezident öz mesajını aydın formada bildirdi ki, bu sülhün bərqərar olmasına kömək etməyəcək. Bu yanlış addım ola bilər".