PDF Oxu

Siyasət

  • 2 671

“Əgər, Ermənistan müharibə istəyirsə…” - DEPUTAT AÇIQLADI

“Əgər, Ermənistan müharibə istəyirsə…” - DEPUTAT AÇIQLADI

“Cənab Prezident CNN TÜRK kanalına verdiyi müsahibəsində növbəti dəfə Ermənistana çox ciddi mesajlar verdi. Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxartmalıdır və təxribatlara son qoymalıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.


Onun sözlərinə görə. Azərbaycan sülh danışıqlarına hazırdır və Azərbaycan hesab edir ki, bölgədə sülhü və əmin-amanlığı təmin etmək üçün mütləq Ermənistan təxribatlara son qoymalıdır: “Azərbaycanın mövqeyi məlumdur. Əgər, Ermənistan sülhə hazırdırsa, Azərbaycan da sülh müqaviləsini imzalamağa hazırdır. Əgər, Ermənistan müharibə istəyirsə, Azərbaycan da müharibəyə hazırdır. Ermənistan öz mövqeyini konkret və qəti şəkildə bildirməlidir. Qarabağda yenidən silahlanmaya, oraya silahların gətirilməsinə son qoyulmalıdır. Əgər Ermənistan bunu etməsə, Azərbaycan Ermənistanı çox ciddi şəkildə növbəti dəfə cəzalandıracaq. Cənab Prezident sülhməramlılara və Rusiyaya da bir sıra mesajlar verdi. Sülhməramlıların missiyası konkret olaraq bölgədə sülhün təmin olunmasına töhfə verməkdir. Onların gözləri qarşısında Ermənistan tərəfinə silahların ötürülməsi, qeyri-qanuni silahlı qüvvələrin yenidən silahlandırılması yolverilməzdir. Bu üçtərəfli razılaşma Rusiya tərəfinin vasitəçiliyi ilə imzalanıb. Bu gün də Rusiya tərəfinin vəzifələrindən biri də ondan ibarətdir ki, bu prosesi yekunlaşdırsın. Əgər, qeyd etdiyimiz kimi yenidən bu təxribatlar davam etsə, Azərbaycan öz mövqeyini bildirəcək”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezident bunlarla yanaşı Azərbaycan-Türkiyə birliyinin gücləndirilməsi ilə bağlı, Azərbaycanın bu istiqamətdə əməkdaşlığı ilə bağlı məsələsinə də toxundu və açıq şəkildə bir daha qeyd etdi ki, bölgədə sülhün və əmin-amanlığın təmin olunmasında Azərbaycan-Türkiyə əməkdaşlığı xüsusi rol oynayır: “Azərbaycan Türkiyə ilə əməkdaşlığına xüsusi önəm verir. Bu gün də Azərbaycan Türkiyə ilə əməkdaşlığını uğurla davam etdirəcək”.

Arzu Qurbanzadə

Digər xəbərlər