Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində əsl bum başladı. Kütləvi əhalinin axını səbəbindən ev satışlarında böyük artım var. Ermənilər evlərini və mənzillərini tələsik satışa çıxarıblar. Lakin alıcı yoxdur. "Caliber" analitik mərkəzinin əməkdaşları bunu bu cür reklamlarla dolu olan bir neçə erməni daşınmaz əmlak saytını analiz edəndə aşkara çıxarıblar.
Elanlar ev satıcılarının qiymətlərinin olduqca yüksək olduğunu göstərir, lakin ən qısa zamanda satmaq üçün onları çox aşağı salmağa hazırdır. Üstəlik, evlər və mənzillər mebellərlə birlikdə təklif olunur. Bundan əlavə, bu reklamların təhlili əsasında belə daşınmaz əmlak satanların əsasən varlı insanlar olduğu aydınlaşır. Bu, satılacaq əmlakın yeri, ölçüsü, vəziyyəti və əlavə edilmiş mebel ilə göstərilir. Ucuz qiymətə keyfiyyətli bir ev satışa çıxarmaq kifayət deyil- əsas odur ki, bunun üçün bir alıcı tapmalısan. Alıcı isə praktiki olaraq yoxdur.
Bununla bağlı bir neçə nümunə verəcəyik. Xankəndinin mərkəzində- Mesrop Maştots prospektində ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzil 62 min dollara satışa qoyulub. Mebel ilə birlikdə. Elan bu il mayın 9 -da yayımlansa da, mənzili alan yoxdur.
İyul ayında 101 kvadrat metrlik başqa bir 4 otaqlı mənzil satışa çıxarılmışdı, lakin artıq 55 min dollara. Gördüyünüz kimi, mənzil qiymətləri sürətlə aşağı düşür, amma hələ də alıcı yoxdur. Bunu aşağıdakı elan da göstərir: Nelson Stepanyan küçəsində yerləşən və 9 sentyabr 2020-ci ildə 54.000 dollar qiymətinə satışa çıxarılan 9 mərtəbəli bir binada 4 otaqlı mənzil 2021-ci ilin iyun ayında yenidən satışa çıxarıldı. Amma bu dəfə əvvəlkindən daha aşağı qiymətə- 42 minə.
Vəziyyət aydındır: ev satışındakı bu bumun səbəbi, satıcıların sosial vəziyyətlərini yaxşılaşdırmaq və eyni Xankəndində daha layiqli bir ev almaq istəmələri ilə əlaqəli deyil. Bundan əlavə, şəhər xəritəsinə baxsanız, satışda olan mənzillərin yerləşdiyi küçələrin mərkəzi olduğunu görə bilərsiniz. Yəni Qarabağ xaricində, məsələn, Ermənistanda və ya hətta xaricdə əlaqələri olan ermənilər, Azərbaycanın hüquqi məkanını ən qısa müddətdə tərk etmək üçün mülklərini mebellərlə birlikdə satır.
Daşınmaz əmlak satışı ilə bağlı çoxlu təkliflər arasında kiçik kvadrat sahəsi olan və təmirsiz evlərə və ya mənzillərə nadir hallarda rast gəlindiyini də qeyd etmək vacibdir. Sahibləri aşağı gəlirli insanlardır və evlərini satmaq istəmirlər, çünki başa düşürlər ki, Ermənistanın özündə daşınmaz əmlak qiymətləri çox yüksəkdir. Buna görə də Xankəndində daşınmaz əmlakı sataraq bu pula həmin İrəvanda nə ev, nə də mənzil ala bilməyəcəklər.
Bundan əlavə, onlar özləri də bilirlər ki, Ermənistanda Qarabağ ermənilərinə heç kimin ehtiyacı yoxdur. 44 günlük müharibə zamanı və sonrasında Ermənistan ərazisinə köçən Qarabağ ermənilərinin çoxu Rusiyaya və ya Qərbə mühacirət etmək məcburiyyətində qaldılar. Azərbaycan da öz növbəsində Qarabağda yaşayan ermənilərin orada sülh və ləyaqətlə yaşamağa davam edə biləcəklərinə zəmanət verir. Onların iqtisadi vəziyyəti yaxşılaşacaq və daha yaxşı yaşayacaqlar. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə dəfələrlə danışıb. Əsas odur ki, bu vacib mesaj Qarabağda eşidilsin.
Sonda qeyd edirik ki, Xankəndidə evlərin kütləvi şəkildə satılması və əhalinin xaricə axını ilə bağlı vəziyyət o həddə çatıb ki, mənzil alqı-satqısı ilə bağlı ən sərt qadağa artıq tətbiq edilib. Ancaq bu tədbirlər nəticə verməyib. Mənzil və ya ev satmağı bacarmayanlar, sadəcə, qapılarını bağlayıb əşyaları ilə birlikdə təbii ki, heç kimin onları gözləmədiyi Ermənistana köçür.
Tərcümə - Elçin