Əfqanıstan və Pakistan üzrə ekspert-politoloq, mənşəcə əfqan olan və Türkiyədə məskunlaşan Əhməd Xan Dövlətyar Türkiyə ilə taliblər arasındakı münasibətlərin proqnozlarını verib və müxtəlif dəyərləndirmələrlə çıxış edib. SİA xəbər verir ki, bu barədə “turkklubu” teleqram səhifəsi yazır.“Türkiyə son 20 ildə Əfqanıstanın inkişafı üçün mümkün nə varsa, hamısını edib və qətiyyətli şəkildə bunu davam etdirəcək”, deyən ekspert məhz buna görə əfqan xalqının Türkiyəni sevdiklərini bildirib.Onun sözlərinə görə, taliblərin nümayəndələrinin və liderlərinin son iki aydakı bəyanatlarına nəzər salarkən, onlar da pozitiv siqnallar verməklə Türkiyəni müsəlman ölkəsi adlandırıblar və bəyan ediblər ki, əməkdaşlıq üçün açıqdırlar.“Türkiyədə qərarlar qəbul edən şəxslərin bəyanatlarına da nəzər salarkən aydın olur ki, onlar Əfqanıstandakı situasiyadan məlumatlıdırlar və problemin həll olunması üçün konstruktiv siyasət aparırlar. Bu baxımdan, Ankaranın əsas tezisi ondan ibarətdir ki, əfqan problemi yenidən Əfqanıstanın daxili dinamikası çərçivəsində həll olunur. Nəticədə hər iki tərəf əməkdaşlıq istiqamətində çıxışlar edir. Ona görə də konstruktiv münasibətlər qarşıda dayanan prosesdə inkişaf edə bilər”, Əhməd Xan Dövlətyar bildirib.
sia.az