PDF Oxu

Siyasət

  • 3 647

“Prezident “CNN Türk”ə müsahibəsində bütün dünyaya mesajlar ünvanladı” - Həmid Pənahov

“Prezident “CNN Türk”ə müsahibəsində bütün dünyaya mesajlar ünvanladı” - Həmid Pənahov

“Prezident İlham Əliyevin Türkiyənin “CNN Türk” televiziya kanalına müsahibəsi aktual proseslər fonunda kifayət qədər ciddi maraq doğurur. Təsadüfi deyil ki, "CNN Türk" televiziyasında səsləndirilən fikirlər hazırda geniş şəkildə ölkəmizdə və qonşu ölkələrdə müzakirə edilməkdədir. Hər zaman olduğu kimi, budəfəki müsahibə zamanı da, dövlət başçısı bölgədə müharibəyə qədər və postmüharibə dövründəki vəziyyət haqqında səmimi və açıq danışdı, Ermənistanın, qonşu dövlətlərin, Minsk qrupunun fəaliyyətinə toxunaraq keçmişdə baş verənlər və gələcək perspektivlər haqqında fikrini bildirdi, Azərbaycanın bütün məsələlərdən agah olduğunu, hansı dövlətlərin əməldə əsl dost olduqlarını qeyd etdi”. Bu fikirləri SİA-ya açıqlamasında YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov bildirib.H.Pənahov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "CNN Türk" televiziya kanalına müsahibəsi bu gün dünya mətbuatında geniş şəkildə işıqlandırılıb. Azərbaycan Prezidentinin hər bir cümləsində qətiyyətli və cəsarətli mövqeyi bir daha bütün dünya ictimaiyyətinə təqdim olundu: “Prezident İlham Əliyev müsahibədə Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının dönməz olduğunu bir neçə dəfə vurğuladı, Şuşa Bəyannaməsinin müttəfiqliyin zirvə nöqtəsi olduğunu xatırlatdı. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə haqqında danışarkən ilk dəfə müttəfiqliyə təhlükənin varlığı haqqında da fikir söylədi: “Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın”. Azərbaycan müstəqilliyi qazandıqdan bu yana Türkiyə ilə münasibətləri gərginləşdirmək istəyənlər hər zaman olub. Onlar həm kənarda, həm də içəridədirlər".H.Pənahov bildirib ki, təsadüfi deyildi ki, Azərbaycan Prezidenti qardaş Türkiyə ilə müttəfiqliyimizdən, Şuşa Bəyannaməsindən, Cümhurbaşqanı Ərdoğanın Azərbaycana dəstəyindən məmnunluqla bəhs etdi və yanğınların söndürülməsində Azərbaycan tərəfinin iştirakından bəhs etməklə birliyimiz və qardaşlığımızın əbədi olduğunu vurğuladı: “Prezident İlham Əliyev müsahibədə Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının dönməz olduğunu bir neçə dəfə vurğuladı, Şuşa bəyannaməsinin müttəfiqliyin zirvə nöqtəsi olduğunu xatırlatdı. Ancaq Prezident İlham Əliyev Türkiyə haqqında danışarkən ilk dəfə müttəfiqliyə təhlükənin varlığı haqqında da fikir söylədi: “Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın”.H.Pənahov onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də nüfuzlu “CNN Türk” televiziya kanalına müsahibəsində Qarabağ məsələsi ilə əlaqədar qətiyyətli mövqeyini bir daha ifadə etməklə yanaşı, Ermənistana, onu himayə edənlərə yönəlik olduqca vacib mesajlarını dilə gətirdi: "Dövlətimizin başçısı bu müsahibədə, həmçinin Ermənistana xilas yolunu göstərdi. Əks təqdirdə, “Dəmir yumruq” qaçılmaz olacaq. Azərbaycan Ermənistanı çox ciddi şəkildə növbəti dəfə cəzalandıracaq. Dövlətimizin başçısı bu müsahibədə Azərbaycanın Qarabağla bağlı mövqeyini tam şəkildə açıqladı. İndiyədək irəli sürdüyü şərtləri, təklifləri real vəziyyətə uyğun şəkildə bir daha dünya ictimaiyyətinə, region ölkələrinə, bölgədə maraqları olan güclərə çatdırdı. Bu müsahibə bir daha göstərdi ki, Güney Qafqazda sülh, Qarabağda əmin-amanlıq Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi konsepsiya çərçivəsində mümkündür. Təkcə ona görə yox ki, o, qalib ölkənin Prezidentidir, müzəffər ordunun Ali Baş Komandanıdır. Ən əsası ona görə ki, Prezident İlham Əliyevin, Azərbaycanın təklif etdiyi sülh variantı ən ədalətlidir. Burada Ermənistana böyük fürsət tanınır. “CNN Türk”ə müsahibədə bir daha Paşinyan iqtidarına, eləcə də Ermənistan cəmiyyətinə səsləniş var. Deyilir ki, mənasız iddialardan, revanşizmdən imtina edin. Ermənistana, ermənilərə həm öz gələcəkləri, həm region xalqlarının gələcəyi naminə gərəksiz, heç bir perspektivi olmayan iddialardan geri çəkilmələri təklif olunur. Əks təqdirdə, "dəmir yumruğu" bir daha başlarında hiss edəcəklər. Bu dəfə daha amansız və acı məğlubiyyət yaşayacaqlar. Dövlətimizin başçısı bununla həm də son aylar baş qaldıran revanşist meyillərlə bağlı da xəbərdarlığını kəskin şəkildə ifadə etdi ki, bu da bəzi müşahidəçilər tərəfindən antiterror əməliyyatlarının anonsu kimi qəbul olunur".H.Pənahov onu da bildirib ki, cənab Prezident həmçinin sülhməramlılara və Rusiyaya da bir sıra mesajlar verdi: “Sülhməramlıların missiyası konkret olaraq bölgədə sülhün təmin olunmasına töhfə verməkdir. Onların gözləri qarşısında Ermənistan tərəfinə silahların ötürülməsi, qeyri-qanuni silahlı qüvvələrin yenidən silahlandırılması yolverilməzdir. Bu üçtərəfli razılaşma Rusiya tərəfinin vasitəçiliyi ilə imzalanıb. Bu gün də Rusiya tərəfinin vəzifələrindən biri ondan ibarətdir ki, bu prosesi yekunlaşdırsın. Əgər qeyd etdiyimiz kimi, yenidən bu təxribatlar davam etsə, Azərbaycan öz mövqeyini qəti bildirəcək və Ermənistanı çox ciddi cəzalandıracaq.Beləliklə, Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycanın dövlət maraqlarını ən yüksək səviyyədə qorudu və hər kəsə öz ciddi mesajlarını göndərmiş oldu”, - deyə Həmid Pənahov bildirib. Və qeyd edib ki, Prezident İlham Əliyevin bu açıqlaması, əslində, bütövlükdə həm xalqımız, həm də qonşu ölkələr üçün Azərbaycanın açıq, səmimi mövqeyini bir daha ortaya qoydu: "Çünki bu məsələ, ilk növbədə, regionun inkişafı baxımından vacib məsələ olduğuna görə həmin dövlətlərin də yenidən düşünməsinə imkan yaratdıq. Xüsusilə son vaxtlar Ermənistanın müdafiə nazirinin məsuliyyətsiz bəyanatları və bu istiqamətdə Ermənistan elitasından gələn çağırışlar, əslində, onları faciəyə sürükləyir. Ermənistanın bu faciədən qurtulması çətin olacaq. Ermənistan Azərbaycana qarşı revanşist addımlarından əl çəkməsə, vəziyyəti daha da acınacaqlı olacaq".

sia.az

Digər xəbərlər