PDF Oxu

Siyasət

  • 4 343

"Əks halda Ermənistan davamlı olaraq alçaldılacaq" HƏRBİ EKSPERT DANIŞDI

"Əks halda Ermənistan davamlı olaraq alçaldılacaq" HƏRBİ EKSPERT DANIŞDI

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın Laçın və Kəlbəcər rayonlarına səfəri birbaşa olaraq Ermənistana və onu silahlandırmağa çalışan havadarlarına ünvanlanmış növbəti mesaj kimi qəbul edilməlidir". Bunları SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.Onun sözlərinə görə, müharibədə darmadağın edilən Ermənistan məruz qaldığı itkilər fonunda əgər yenidən Azərbaycana qarşı təxribatçı hərəkətlərə yol verərsə: "Bu Ermənistanın növbəti ağrılı və acılı zərbə alması ilə nəticələnə bilər. Ermənistan silahlı qüvvələrinin həm rus sülhməramlıları olan ərazilərdə, həm də Azərbaycan sərhədində atəşkəsi pozması və təxribat yaratması onların darmadağın olmuş ordusunun tör-töküntülərinin də məhv olmasına gətirib çıxara bilər"."Azərbaycan hazırda Ermənistanla müqayisə olunmayacaq qədər güclü bir potensiala malikdir", deyən hərbi ekspert bildirib ki, Prezident İlham Əliyevin Kəlbərcədə Azərbaycan bayrağını qaldırması növbəti dəfə münaqişənin başa çatdığını və Azərbaycanın bu ərazilərdə artıq möhkəmlənməsinin sübutudur: "Bu ərazilərdə Azərbaycan artıq kifayət qədər geniş hərbi infrastruktur yaradır. Vaxtilə ermənilərin Kəlbəcərə çəkdikləri Basarkeçər-Kəlbəcər yolundan artıq Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün istifadə edir. Odur ki, artıq qəhrəman erməni əsgəri yoxdur, böyük Ermənistan ideyası artıq məhv olub. Əgər ermənilər növbəti dəfə məhv olmaq istəmirlərsə, o zaman mövcud reallıqları qəbul etməli və Azərbaycan ilə sülh müqaviləsi imzalanması üçün nəzərdə tutulan ön proseslərin həyata keçirilməsinə başlamalıdır. Əks halda Ermənistan davamlı olaraq alçaldılmağa davam edəcək".

sia.az

Digər xəbərlər