PDF Oxu

Siyasət

  • 3 842

Prezidentin müsahibəsi xarici mətbutda böyük maraqla qarşılanıb - MƏQALƏ

Prezidentin müsahibəsi xarici mətbutda böyük maraqla qarşılanıb - MƏQALƏ

Prezident İlham Əliyevin iyulun 14-də nüfuzlu “CNN Türk” televiziya kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər siyasi qətiyyətin ortaya qoyduğu sarsılmaz mövqedir. Müsahibədə bir tərəfdən Azərbaycanın müstəqil siyasətinin dəyişməz olduğu diqqətə çatdırılır, digər tərəfdən isə 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyətin yaratdığı imkanlar təhlil edilir. Bütövlükdə Prezident İlham Əliyev bu müsahibə ilə dünyaya bir daha bəyan etdi ki, Azərbaycan mehriban qonşuluq və səmimi dostluq strategiyasına sadiq olmaqla bərabər, sərhədlərini və təhlükəsizliyini qorumaq qüdrətinə malikdir. Prezident İlham Əliyevin “CNN Türk” telekanalına verdiyi müsahibədə toxunulan məsələlər regionda sülh və inkişaf tərəfdarı olan ölkələr, həmçinin beynəlxalq təşkilatlar üçün ciddi siqnal olacaq.Torpaqlarımızın 30 il ərzində işğal altında olması böyük ədalətsizlik, beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, Azərbaycan heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi. Son illər ərzində dəfələrlə bəyan olunurdu ki, Azərbaycan xalqı mövcud vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü bərpa etdi. Bütün çətinliklərə baxmayaraq, biz Qələbəyə inanırdıq. 44 gün ərzində bizim həyatımızın, günümüzün yarısı kədərli, yarısı sevincli idi. Bütün Azərbaycan xalqında inam var idi ki, biz bunu edəcəyik. Xalqın barışmaz ruhu Qələbəmizi təmin edən əsas amillərdən biridir. Qələbənin əldə olunmasında bir çox amillər rol oynadı. İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və dövlətin rəsmi siyasəti vacib rol oynadı.Hazırda 30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına qayıtmaq istəyirlər. Azad edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Böyük infrastruktur layihələri - yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları sürətlə reallaşdırılır. 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir.Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Bu cür sülh Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Əgər Ermənistan Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Sülhə nail olmaq üçün ölkəmizin konkret təklifləri masa üzərindədir. Lakin hazırda Ermənistanda cəmiyyət çox çətin psixoloji durumdadır. İfrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar sülhü istəsələr də, dilə gətirə bilmirlər. Çünki onların otuz il ərzindəki ideoloji sütunları darmadağın edildi.Prezident İlham Əliyevin Türkiyənin məşhur CNN Türk kanalına verdiyi müsahibə ölkəmizin Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərin Ali Baş Komandan tərəfindən geniş formada təhlilini, eyni zamanda post-münaqişə dövründə qarşıda daynan hədəflər, ərazilərin bərpası və yenidən qurulması işləri haqqında planları özündə ehtiva edir. Məhz bu səbəbdən də cənab Prezidentin CNN Türk kanalına müsahibəsi həm ölkə ictimaiyyəti, həm də xarici mətbutda böyük maraqla qarşılanıb.

Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər