PDF Oxu

Siyasət

  • 3 415

Müxalifətin yenilənməsi tələbi: yenidən gündəmə çıxarılmalıdır TƏRS BAXIŞ

Müxalifətin yenilənməsi tələbi: yenidən gündəmə çıxarılmalıdır TƏRS BAXIŞ

Radikal düşərgədəkilər dövlət siyasətinə qarşı çıxmaları ilə yanaşı həm də bir-birləri ilə didişirlər

Dağıdıcı müxalifət “liderlərinin” artıq uzun illərə söykənən və sağalmayan xəstəliklərindən biri də öz daxillərində bir-birlərini didmələri, partiya sədrlərinin şəxsi ambisiyaları naminə digərləri ilə yola gedə bilməməsidir. Əslində biz bu cür anormal hadisələrin uzun illərdir ki, şahidi oluruq.Biz elə də uzağa getməyərək onların həm də antimilli, düşmən dəyirmanna su tökməyə hesablanmış, sifarişli fəaliyyətlərini də xatırlada bilərik. İstər ötən ilin Tovuz hadisələri zamanı xalqın bir araya gəldiyi zaman onların yaxalarını kənara çəkmələri, istrsə də 44 günlük Vətən müharibəsində bir daha öz xainlik nümunələrini ucuz fəaliyyətləri ilə sübuta yetirmələri bu yığnaq “liderlərinin” maskalarını çıxararaq, xalqa gerçək sifətlərini göstərdi.
Hazırda da sosial şəbəkələrdə qəribə və adət etdiyimiz anormal prosesləri izləməkdəyik...
Ən maraqlısı isə budur ki, radikal düşərgədəkilər dövlət siyasətinə qarşı çıxmaları ilə yanaşı həm də bir-birləri ilə didişirlər. Hazırda da sosial şəbəkələrdə qəribə və adət etdiyimiz anormal prosesləri izləməkdəyik. Belə ki, bir qrup cəbhəçi fəal statuslar paylaşaraq Müsavat və digər özlərinə rəqib gördükləri, bəyənmədikləri müxalifət partiyalarına söz atır, necə deyərlər, çatana çatır, çata bilmədiklərinin arxasında daş tolazlayırlar. Bütün bunları ona görə qeyd edirik ki, həqiqətən ortada müxalifət adına gülünc bir durum yaranıb. Nəinki, Əli Kərimli, Arif Hacılı və ya digər dağıdıcı ünsür “liderləri” bir-biri ilə yola getmir, adi azsaylı müxalifət partiyalarının üzvləri də sosial şəbəkələrdə öz aralarında od püskürürlər.
Bəzi xatırlatmalar...
Xatırlayırsınızsa, bir müddət öncə, daha dəqiq desək, hələ ötən ilin yayında “Milli Şura”nın videokonfrans formatında keçirilən iclasında Gültəkin Hacıbəyli REAL partiyasının sədri İlqar Məmmədovun lağlağı obyektinə çevrildiyini, Müsavat partiyasını da REAL kimi rüsvayçı aqibət gözlədiyini bildirmişdi. O cümlədən, Müsavatı siyasi mühacir alverində günahlandırmışdı. “Milli Şura”nın sədri Cəmil Həsənli isə İlqar Məmmədovun həm siyasətçi, həm də REAL sədri olaraq bitdiyini, REAL-dan fərqli olaraq heç nə əldə etməmiş Müsavat partiyasının rüsvayçı duruma düşdüyünü vurğulayaraq, partiyanı bədbəxt adlandırmışdı.Lakin sonra nə baş verdi? Elə də uzağa getməyərək, əslində elə Cəmil Həsənlinin şəxsi keyfiyyətlərinin sıfıra bərabər olduğunu, üstəlik övladlarına doğru-dürüst tərbiyə verə bilməməsinin şahidlərinə çevrildik.Bu arada onu da xatırladaq ki, AXCP-də əsas fəalların sosial şəbəkələrdə paylaşdıqları statuslar ümumi “mətbəx”də hazırlanır, sonra fəallara, cəbhəçi trollara paylanılır. Ona görə də Müsavat əleyhinə və REAL-ı vurmağa hesablanmış bu tip statusların yenidən gündəmə gəlməsi şübhəsiz ki, AXCP və ya “Milli Şura” rəhbərliyi səviyyəsində planlaşdırılıb. Qısası, bu gün sosial bazası yox səviyyəsində olan radikal müxalifət təmsilçilərinin nisbətən sivil mübarizə üsulunu seçənləri hədəfə alması təəccüb doğurmamalıdır.
Hakimiyyət sevdası içiboş və qaralmış qoza bənzəyir
Onu da qeyd edək ki, keçirilmiş sonuncu parlament seçkilərindən sonra AXCP sədri Əli Kərimli seçkiyə gedərək öz gücünü sınayan həmkarlarını müxalifətçi saymadığına dair tikanlı status yazmışdı. O, həmin statusunda bilərəkdən müxalif namizədlər deyil, “müxalifət adı ilə seçkiyə qatılanlar” xitabını bir neçə dəfə işlətmişdi. Bu cür söz atmaları ilə REAL və Müsavatı qaralayan AXCP rəhbəri iddia edirdi ki, Cəmil Həsənlini hədəf seçən, onun “prinsipial” müxalifətçi mövqeyini təftiş edən realçılar və müsavatçılar ədalətsizdirlər. Guya onların heç biri Cəmil Həsənli kimi cəsarətlə hərəkət etmirlər və s. REAL-çılar isə bu “cəsarətli” adamın özünün də bir zamanlar indi bəyənmədiyi seçkilərlə parlamentdə təmsil olunduğunu yada salmışdılar.Söz yox ki, bu gün də davam edən müxalifətdaxili düşmənçilik onu göstərir ki, nəinki həmrəy olub birləşmək, heç sakit şəkildə eyni düşərgədə fəaliyyət aparmağı belə bacarmayan adamların hakimiyyət sevdası içiboş və qaralmış qoza bənzəyir. Sosial şəbəkələrdə yenidən aktuallaşan yersiz dava-qovğalar bir daha təsdiqləyir ki, sivil yolla mübarizəni deyil, xaos yaratmaq, ölkəni qarışdırıb hakimiyyətə yiyələnmək yolunu seçən Əli Kərimlinin AXCP və “Milli Şura”sı müxalifətdə özlərindən başqa heç kimi qəbul etmir. Onların əsas məqsədi digər partiyaları gözdən salıb, özlərini “ana müxalifət” kimi təqdim etməkdən ibarətdir. Təbii ki, bu da müxalif düşərgədə birmənalı qarşılanmır. Hər halda, günbəgün daha çox aydın olmağa başlayır ki, artıq bu ölkənin müxalifəti kökündən dəyişilməli və illərdir sifarişlərlə xarici dairələrə nökərçilik edənlər siyasi düşərgəni birdəfəlik tərk etməlidirlər.

sia.az

Digər xəbərlər