PDF Oxu

Siyasət

  • 2 866

"Bu Azərbaycanın həm hərbi gücünün, həm iqtisadi potensialının göstəricisi idi" - DEPUTAT ŞƏRH ETDİ

"Bu Azərbaycanın həm hərbi gücünün, həm iqtisadi potensialının göstəricisi idi" - DEPUTAT ŞƏRH ETDİ

“Hər şeydən öncə son bir ildə ölkə Prezidenti mötəbər kütləvi informasiya vasitələrinə müsahibələr verərək Azərbaycan həqiqətlərini, mövqelərini atacağımız addımlarla bağlı məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, bu olduqca əhəmiyyətli fəaliyyət istiqamətidir: “Çünki hazırki mərhələdə informasiya təhlükəsizliyinin təmin olunması, informasiya mübarizəsində maraqlarımızın qorunması digər addımlarımızın uğur elementini təşkil etməkdədir. Bu baxımdan hesab edirəm ki, bundan əvvəlki kütləvi informasiya vasitələrinə olduğu kimi Türkiyənin CNN Türk kanalına verdiyi müsahibəsi zamanı da Azərbaycan Prezidenti çox mühüm mesajlar verdi. Hər şeydən öncə ölkə Prezidenti dünya dövlətlərinin əksər hallarda ikili standartlar siyasəti yürütdüyünə işarə etdi. Belə ki, Xocalı soyqırımı yaxın keçmişdə baş verib. Dünyanın cəmi 13 ölkəsi bu qanlı cinayəti soyqırım kimi tanıyıb. Ölkə Prezidenti bu məqama toxunmağı da unutmadı. Həqiqətən də diqqət yetirsək, görərik ki, dünya ölkələri bu və ya digər hadisələrə sırf öz maraqları prizmasından yanaşırlar. Məsələn saxta erməni soyqırımını dünyanın əksər ölkələri tanıyıb. Hətta Fransada vaxtilə bu soyqırımı inkar edənlərə qarşı cinayət məsuliyyəti nəzərdə tutulurdu. Təbii ki, bütün bunlar ikili standartlar siyasətidir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bunlarla yanaşı cənab Prezident müsahibəsində Azərbaycanın mövqelərini bir daha dünyaya çatdırılması istiqamətində də çox vacib mesajlar vermiş oldu: “Təbii ki, dünyanın 30 ilə yaxın bir müddətdə Azərbaycan ərazilərinin işğal altında saxlanması faktına dözməsi, münaqişə vəziyyəti ilə bağlı qeyri-obyektiv mövqe sərgiləməsi olduqca təhlükəli presedent yaradırdı. Amma Azərbaycan öz torpalarını öz gücünə işğaldan azad etdi. Cənab Prezident bu məsələlərlə yanaşı həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyəti məsələsinə də toxundu. Cənab Prezident vurğuladı ki, yəni 30 ilə yaxın bir müddətdə ATƏT-in Minsk qrupu nəticəsiz fəaliyyət göstərdi. ATƏT-in Minsk qrupunun fəaliyyətinin hədəfi münaqişənin dondurulmasına yönəlmişdi. Bu da təbii ki, Azərbaycan üçün qəbuledilməz hal idi. Azərbaycan xalqı bunu heç vaxt qəbul etməzdi. Cənab Prezident də Azərbaycan xalqının barışmaz mövqeyini təqdir edərək bir daha səsləndirdi. Ölkə Prezidenti Ordumuzun qüdrətini bir daha ifadə edərək bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə biz taktiki olaraq da belə bir addım da geri çəkilmədik. Təbii ki, bu Azərbaycanın həm hərbi gücünün, həm iqtisadi potensialının göstəricisi idi”.

Arzu Qurbanzadı

Digər xəbərlər