“Bəzi şəxslərin “Milli Şura” adlı qurumu yaratmaqda məqsədləri əvvəlcədən hər kəsə bəlli idi. Yəni “Milli Şura” nə üçün yaradılmışdır? Müxalifət tərəfindən “Milli Şura” yaradılsa da, onlar öz istəklərinə çata bilmədilər”. Bunu Təkamül partiyasının sədri Teyyub Qənioğlu “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, “Milli Şura”ya Rüstəm İbrahimbəyovu gətirdilər gördülər ki, heç nə alınmadı və Cəmil Həsənlini sədr seçdilər: “Cəmil Həsənli də xarizması olmayan işlənmiş bir fiqurdur. Gördülər ki, Cəmil Həsənlidən də bir şey çıxmadı. Yəni “Milli Şura”nı idarə edənin AXCP sədri Əli Kərimli olduğunu hər kəs bilirdi. Adları çəkilən şəxslər görürlər ki, “Milli Şura”nın nə xalq arasında, nə də onları maliyyələşdirən arasında heç bir nüfuzu yoxdur. Bir sözlə, bunları maliyyələşdirən qüvvələr, sözügedən şəxslərə olan ümidlərini tamamilə itiriblər. Bu baxımdan, AXCP sədri “Milli Şura”dan imtina etmək haqqında düşünür. Yəqin ki, Əli Kərimli “Milli Şura”dan imtina edib və başqa layihə üzərində çalışır. Bunu da yaxın zamanlarda görərik. Çünki Əli Kərimli “Milli Şura”nı buraxmaqla siyasətdən getməyəcək. Yəqin ki, AXCP sədri Əli Kərimlinin nə isə başqa bir planı var”.
sia.az