PDF Oxu

Siyasət

  • 3 672

"Taliban hərəkatı bir daha göstərdi ki..." - HƏRBİ EKSPERT AÇIQLADI

"Taliban hərəkatı bir daha göstərdi ki..." - HƏRBİ EKSPERT AÇIQLADI

“Proseslər göstərdi ki, həmişə olduğu kimi Əfqanıstan mürəkkəb ölkələrdən biridir. Taliban hərəkatı uzun illərdir hakimiyyətə can atırdı”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, müəyyən qüvvələrin, yəni Sovetlər birliyinin, bir müddətdən sonra isə ABŞ başda olmaqla Qərb və NATO orada demokratiyanın qorunması ilə əlaqədar müəyyən işlər görməyə çalışdı: “Nəticə etibarı ilə hal-hazırda Taliban hərəkatı hakimiyyətə gəldi. Düşünürəm ki, Əfqanıstanın mentalitetinə, adət-ənənələrinə, islamçılığa uyğun olan inkişaf gözlənilir. Əlbəttə ki, Taliban hərəkatı dedikdə bizim fikrimizdə ancaq mənfi obraz yaranır. Ancaq Taliban hərəkatı bir daha göstərdi ki, Əfqanıstanda bu hərəkatı dəstəkləyən Əfqanıstan xalqı var. Düşünürəm ki, Taliban hərəkatı Əfqanıstan xalqının köməyi olmadan hakimiyyətə gələ bilməzdi. Biz Taliban hərəkatına, Taliban hərəkatını dəstəkləyən və hakimiyyətə gətirən Əfqanıstan xalqına uğurlar diləyirik. Uzun müddət atəş səsləri gələn Əfqanıstanda bəlkə də sülhün bərqərar edilməsi istiqamətində müəyyən addımlar atılacaq”.

Şair Ramaldanov sözlərinə davam edərək həmçinin qeyd edib ki, bizi maraqlandıran narahat edən Əfqanıstanda olan sülhməramlı qüvvələrimizdir: “Məhz Türkiyənin tərkibində orada fəaliyyət göstərirlər. Azərbaycanın orada olan nümayəndələri sülhməramlı qüvvələrin içərisində həmişə seçiliblər və nümunə olublar. Bütün proseslər onu göstərir ki, orada sülhməramlı qüvvələr üçün heç bir təhlükə yoxdur. Sülməramlı qüvvələr hakimiyyətə yeni gəlmiş hökumətlə müəyyən bir münasibətlər qurub. Deməzdim ki, narahatçılığa tam səbəb yoxdur. Çünki biz bilmirik ki, Əfqanıstandan bundan sonra vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Hal-hazırda çoxsaylı danışıqlar gedir. Bugünkü gündə hələ də təhlükə yarada biləcək amil aşkar olunmayıb. Düşünürəm ki, sülhməramlılarımızın təhlükəsizliyi birinci plandadır. Bir daha qeyd edim ki, bu məsələ həm Türkiyə tərəfindən, həm Azərbaycan tərəfindən diqqət mərkəzindədir”.

Arzu Qurbanzadə

Digər xəbərlər