PDF Oxu

Siyasət

  • 3 082

“Ermənilər təxribata əl atsalar, gələcəklərini təhlükəyə atmış olacaqlar” ŞURA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Ermənilər təxribata əl atsalar, gələcəklərini təhlükəyə atmış olacaqlar” ŞURA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin iştirakı ilə Qarabağa dair işçi qrupunun danışıqları olmuşdur. Hesab edirəm ki, Azərbaycanın Ermənistanı sülhə çağırması və 10 noyabr aktının tələblərinə riayət etməsi ilə bağlı son vaxtlar etdiyi çağırışın nəticəsi olaraq bu görüş baş tutmuşdur. Xüsusilə, cənab Prezidentin CNN Türk televiziya kanalına verdiyi müsahibəsində səsləndirdiyi qətiyyətli fikirlər də Ermənistanı düşünməyə vadar edir”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.Onun sözlərinə görə, cənab Prezident bəyan etdi ki, Ermənistan 10 noyabr aktının tələblərini yerinə yetirməlidir: “Əks halda başları yenidən əziləcəkdir. Son dövrlər biz ermənilərin təxribat xarakterli hərəkətlərini tez-tez müşahidə edirdik. Lakin Azərbaycan bu təxribatlara səbrlə yanaşır, beynəlxalq aləmə bir daha ermənilərin bu təxribatlarını bəyan edərək 10 noyabrda imzalanmış Aktın tələblərinin pozulduğunu bildirirdi. Eyni zamanda, Rusiyanın sülhməramlı missiyanın öz vəzifələrini qaydalara uyğun olaraq yerinə yetirməsinə çağırırdı. Belə bir vəziyyətdə danışıqların yenidən bərpa edilməsi bizdə inam yaradır ki, Ermənistan tərəfi tezliklə sülh müqaviləsini imzalayacaq və 10 noyabr Aktının tələblərini yerinə yetirəcəkdir. Ermənistan tərəfi anlamalıdır ki, onların yeganə çıxış yolu budur”.A.Xəlilov bildirdi ki, revanş haqqında düşüncələr onların məhvinə səbəb olar: “Rusiya isə sülhməramlı missiyasını tərəfkeşlik və öz siyasətinin xeyrinə yox tərəflərin arasında fərq qoymadan sülhə nail olmaqla yerinə yetirməlidir. Rusiya bu sülhə 5 il ərzində nail olmaqla öz sülhməramlı missiyasını yerinə yetirməli və müsbət nüfuz sahibi olmaqla Qarabağdan getməlidir. Azərbaycan öz vətəndaşları olan yerli ermənilərin təhlükəsizlik və digər tələbatlarının təmin olunmasına qarant olacaqdır. Bu istiqamətdə bütün aparılan danışıqlar hesab edirəm ki, alqışlanmalıdır. Ermənilər danışıqları pozmağa yönələn hər hansı bir təxribata əl atsalar, həm məsuliyyət baxımından və eyni zamanda, gələcəklərini təhlükəyə atmış olacaqlar”.

sia.az

Digər xəbərlər